Elmar Məmmədyarov Rusiyaya səfir gedir?


Sabiq xarici işlər naziri Elmar Məmmədyarovun Rusiyaya səfir təyin olunacağı ilə bağlı məlumat yayılıb.

Sozcu.info xəbər verir ki, sabiq nazir Globalinfo.az-a açıqlamasında xəbəri təkzib edib.

“Açığı, mənə bununla bağlı heç bir təklif gəlməyib. Təklif gələrsə, ona uyğun da addım ataram. Amma ortada heç nə yoxdur axı. Həm də artıq hörmətli Polad Bülbüloğlunu deputat seçdilər? (Gülür). Mənim Polad müəllimə böyük hörmətim var. Bizim onunla tanışlığımız, hətta mən nazir olmadığım illərə təsadüf edir. O, Azərbaycan üçün istər mədəniyyət, istərsə də siyasi baxımdan yaxşı işlər görüb”.



Oxşar Xəbərlər

Xəbər lenti