26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanlarında test üsulunun ləğv ediləcəyi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) mətbuat katibi Xanlar Xanlarzadə Gununsesi.info-ya bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir:
“Bu, 2017-ci ildə verilən bir müsahibədir burada söhbət 2019-cu ilin qəbul modelindən gedirdi. Məleykə Abbaszadənin dedikləri o zaman da yanlış şərh olunmuşdu ki, guya test imtahanı ləğv olunur. Sadəcə olaraq, 2017-ci ildə 9-cu siniflər yeni qaydalarla buraxılış imtahanı vermişdilər. 2019-cu ildə isə 11-ci siniflərdə ilk dəfə yazılı cavab tələb edən tapşırıqlar tətbiq olunmağa başladı”.
Gununsesi.info