Qarabağda Rusiyanın Baş Konsulluğu açıla bilər - Polad Bülbüloğlu


Qarabağda Rusiyanın Baş Konsulluğu açıla bilər, məsələ müzakirə olunur.

Sozcu.info xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Rusiya Prezidenti Vladimir Putinin Bakıya səfəri ərəfəsində “TASS” agentliyinə müsahibəsində deyib.

“Rusiya Federasiyası konsulluq açmaq istəyini ifadə edib, çünki Azərbaycanın Rusiyada iki baş konsulluğu var – Yekaterinburqda və Sankt-Peterburqda”, - Azərbaycan diplomatik missiyasının rəhbəri qeyd edib.

Federasiya Şurasının Beynəlaxlq Məsələlər komitəsinin rəhbəri Qriqori Karasin mayın 27-də Azərbaycan parlamentinin nümayəndə heyəti ilə görüşdə Baş Konsulluqla bağlı planları açıqlayıb. Karasin bildirib ki, 2024-cü ilin sonuna doğru diplomatik nümayəndəliyin açılması məqsədilə yaxın günlərdə hazırlıq başlayacaq.

Azpolitika.info



Oxşar Xəbərlər

Xəbər lenti