22-04-2026, 13:21
17-04-2026, 19:33
15-04-2026, 23:31
10-04-2026, 16:52
9-04-2026, 17:32
Ali təhsil müəssisələrinə qəbulun nəticələrinin açıqlanacağı vaxt məlum olub.
Sozcu.info-nun əldə etdiyi məlumata görə, ali təhsil müəssisələrinə qəbulun nəticələrinin bu gün, yəni 22 avqust tarixində elan olunması nəzərdə tutulur. Daha dəqiq desək, bu gün gecə saat 23:59-a qədər abituriyentlərin qəbul olduğu ixtisaslar məlum olacaq. Abituriyentlərin səbirsizliklə gözlədiyi bu tarixi anın bu gün saat 18:00-da da reallaşması istisna olunmur.
Qeyd edək ki, ali təhsil müəssisələrinə ixtisas seçimi avqustun 19-a başa çatıb.
Məlumat üçün qeyd edək ki, bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə 82870 elektron ixtisas seçimi ərizəsi təqdim edilib. 2024/2025-cü tədris ili üçün isə respublikanın ali təhsil müəssisələrinə 55907 qəbul yeri ayrılıb.
Ən çox ərizə I qrup üzrə verilib. Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmır.