Adil Əliyev şəhid ailəsini ziyarət edib -Fotolar


Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev şəhid Qasımzadə İnqlab Füzuli oğlunun ailəsini ziyarət edib. 

Qəhrəmanımızın ailə üzvlərinə Allahdan səbr, şəhidlərimizə rəhmət diləyən İcra Başçısı ərazi bütövlüyümüzün bərpası, suverenliyimizin bərqərar olunmasında müstəsna xidmətləri olan şəhidlərin ən şirin nemət olan canlarını Vətən yolunda fəda etmələrindən bəhs edib. 

Sozcu.info xəbər verir ki, 2005-ci il yanvar ayının 22-də Suraxanı rayonu  Zığ qəsəbəsində anadan olmuş şəhid İnqlab Qasımzadə orta təhsilini Qaraçuxur qəsəbəsi, Yeni Günəşli yaşayış sahəsində yerləşən 290 saylı tam orta məktəbdə  almışdır.  

İnqlab Qasımzadə Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 20 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir.

Sozcu.info





Oxşar Xəbərlər

Xəbər lenti