8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Avropa Parlamenti Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etməyəcək.
Bu barədə Avropa Parlamentinin Demokratiyaya dəstək və seçki koordinasiya qrupunun həmsədrləri Makallister və Makavan bəyanat yayıb. Bəyanatda deyilir ki, seçkiləri müşahidə etməyəcəyi üçün AP nə proses, nə də daha sonra elan olunacaq nəticələrlə bağlı şərh verəcək: "AP-nın heç bir üzvünə seçkiləri müşahidə etmək və seçki prosesini şərh etməklə bağlı mandat verilməyib. Buna görə də AP-nin hər hansı üzvü seçkiləri müşahidə edərsə, bunu öz təşəbbüsü ilə etmiş olacaq və bu halda o, AP-nin adından danışmamalı və ya fəaliyyət göstərməməlidir”.
Bəyanatda deyilir ki, Avropa Parlamenti Azərbaycanla münasibətlərinə dair yay tətilindən öncə plenar iclas zamanı hesabat qəbul edəcək və yalnız bu hesabat AP-nin bu məsələ ilə bağlı mövqeyini əks etdirəcək.(APA)