26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Rusiyada müstəntiqlər araşdırılan cinayət işi çərçivəsində istintaqla əməkdaşlıqdan imtina edən sabiq vəkil Elman Paşayevə xüsusilə külli miqdarda dələduzluq ittihamı irəli sürüblər.
Sozcu.info TASS-a istinadən xəbər verir ki, keçmiş vəkilin işi üzrə üç şahid dindirilib.
“Elman Paşayevə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə nəzərdə tutulmuş cinayətin (xüsusilə külli miqdarda dələduzluq) törədilməsində ittiham olunub. Öz növbəsində keçmiş vəkil istintaqla əməkdaşlıqdan imtina edib”, – agentliyin hüquq-mühafizə orqanlarındakı həmsöhbəti bildirib.
O qeyd edib ki, təqsirləndirilən şəxsə qarşı cinayət işinin istintaqı çərçivəsində sübutların toplanması davam edir.