Beyləqanda “5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş tədbir keçirilib -Forolar


Beyləqanda “5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş tədbir keçirilib, bir qrup təhsil işçisi mükafatlandırılıb.


4 oktyabr 2024-cü il tarixdə Beyləqan Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Kral” şadlıq sarayında “5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş təntənəli ziyafət tədbiri keçirilib.


Sozci.info xəbər verir ki, tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Beyləqan rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun məktəb və bağça direktorları, qabaqcıl müəllimləri, müsabiqə qalibləri olan məzunlar, ağsaqqallar,  rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, təhsil işçisi olan şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib. 


Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi, Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi başlayıb.

Daha sonra “5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü”nə həsr olunmuş videoçarx nümayiş etdirilib.


Tədbiri giriş nitqi ilə açan Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov tədbir iştirakçılarının timsalında rayonun bütün müəllimlərini təbrik edərək cəmiyyətin tərəqqisində, Azərbaycanın gələcəyində məhz bu peşə sahiblərinin şərəfli əməyinin olduğunu vurğulamışdır. RİH başçısı Ulu Öndər Heydər Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan danışaraq, bu sahə ilə bağlı uğurlu siyasətin Ölkə Prezidenti Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və Birinci Vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva tərəfindən davam etdirildiyini, yeni nəslin inkişafı, təhsilimizin dünyaya inteqrasiyası naminə ardıcıl işlər görüldüyünü diqqətə çatdırıb.


RİH başçısı Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində bu şərəfli peşə sahiblərinin də xüsusi rolunun olduğunu vurğulayaraq, müəllimlərimizin təkcə dərs otaqlarında yox, müharibə meydanında da dərs keçdiyini, müharibədə əldə olunan Şanlı Qələbənin səbəbkarlarının da müəllimlərin yetirmələri olduğunu bildirib.


Beyləqan RİH başçısı daha sonra peşə bayramlarına görə rayon üzrə bir qrup təhsil işçisini Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələri ilə təltif edib.


Rayon Təhsil sektorunun müdiri Elvin Abbasov  və rayon Ağsaqqallar şurasının sədri Etibar İmanov çıxış edərək ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı, müəllimlərin peşəkarlığının artırılması, təhsil sistemində dünya təcrübəsinə uyğun olaraq keyfiyyət dəyişikliklərinin aparılması istiqamətində aparılan islahatlardan danışıb, müəllimləri təbrik edərək, cari təhsil ilində işlərində uğurlar arzulayıb. 


Tədbirdə, həmçinin təhsil sahəsində fəaliyyət göstərən şəhid ailə üzvləri və Vətən Müharibəsi qaziləri, müharibə iştirakçıları da çıxış edib.


Şəhid kapitan Həmid Həmidlinin anası, ingilis dili müəlliməsi Könül Vəliyevaya, şəhid İlyas Nəsirovun həyat yoldaşı, tarix müəllimi Aytəkin Əliyevaya və Kəbirli kənd M.Fərzəliyev adına orta məktəbin hərbi rəhbəri, Vətən müharibəsi qazisi Əlisafa Şəfiyev də çıxış edərək müəllimlərin yeni dövrün çağırışlarına uyğun, savadlı, vətənpərvər gənc nəsil yetişdirmək yolunda çətin və şərəfli əməyindən danışıb, bu günki tədbirin həm müəllim peşəsinə, həm də təhsil işçisi olan şəhid ailə üzvləri, qazi və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd ediblər.


Tədbirdə həmçinin təhsil sahəsində uğuru ilə seçilən şagirdlər Məmmədova Mətanət, Misirxanova Rəqsanə və Vəliyeva Aidə də çıxış edib. 


Tədbir rayon Mədəniyyət nümayəndəliyinin hazırladığı konsert proqramı ilə davam edib.

Sozcu.info




Oxşar Xəbərlər

Xəbər lenti