8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
“Valideynlərin əlavə resurslar almağa məcbur edilməsi faktları valideyn iclaslarında məktəb rəhbərliyi ilə müzakirə edilməlidir”.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 fevral tarixli 67 nömrəli Qərarı ilə təsdiq olunmuş “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən dövlət ümumi təhsil müəssisələrinin təhsilalanları dərsliklərlə dövlət vəsaiti hesabına təmin olunur:
“Dərsliklərdə kifayət qədər mövzu, çalışma və tapşırıqlar var ki, onlarla mövcud təhsil proqramının mənimsənilməsini həyata keçirmək olar. Məktəblərdə istifadə edilməsi zəruri hesab edilən heç bir siyahı yoxdur. ETN-nin tövsiyə etdiyi əlavə resurslar rəqəmsal formada www.trims.edu.az və www.video.edu.az portallarında yerləşdirilib və istifadə üçün hamıya açıqdır”.
Qeyd edək ki, sosial şəbəkə platformalarında valideynlər bir sıra Bakı məktəblərində şagirdlərə əlavə dərs vəsaitlərinin aldırılmasına etirazlarını bildiriblər.