Deputatın firması resepsiz dərman satışına görə cərimələnir


Deputat Cavanşir Feyziyevə məxsus böyük dərman firması “Dokta” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu imzalanıb.

Sozcu.info xəbər verir ki, “Dokta” MMC-nin İnzibati Xətalar Məcəlləsinin ticarət qaydaları əıleyhinə olan 452.1-ci maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə, yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.

“Dokta” MMC ilə bağlı iş baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib. 17 yanvar tarixində hakim Abusət Qasımovun sədrliyi ilə işə baxılacaq. 
Əlavə edək ki, “Dokta” MMC İnzibati Xətalar Məcəlləsinin müxtəlif maddələrini popzduğuna görə haqqında dəfələrlə cərimə protokolu təörtib edilib.

Qeyd edək ki, “Dokta” MMC dərman firması və apteklər şəbəkəsi deputat Cavanşir Feyziyevə məxsusdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Tribunainfo.az



Oxşar Xəbərlər

Xəbər lenti