26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Bakıda Ədalət Partiyasının sədri, keçmiş baş prokuror İlyas İsmayılovla vida mərasimi keçirilir.
Sozcu.info xəbər verir ki, Heydər məscidində keçirilən mərasimdə ictimai-siyasi xadimlər, mərhumun partiyadaşları, ailə üzvləri və yaxınları iştirak edirlər.
Vidadan sonra İlyas İsmayılov Bakının Nardaran qəsəbəsindəki qəbiristanlıqda - mərhum oğlu Etimad İsmayılovun məzarı yanında dəfn olunacaq.
Qeyd edək ki, İsmayılov İlyas Abbas oğlu 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.
Siyasətçi fevralın 17-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.