26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
Şəhid Elgiz Abbaslının atası Fuad Abbasov Sabirabad Rayon İcra Hakimiyyətinin binasında özünə xəsarət yetirib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Axar.az-a şəhid atasının qohumu, jurnalist Razi Abasbəyli bildirib.
Onun sözlərinə görə, insident qəbul məsələsi ilə bağlı yaranan gərginlik səbəbindən baş verib.
Fuad Abbasov hazırda xəstəxanadadır.
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, 1969-cu il təvəllüdlü şəxs 20 fevral 2025-ci il tarixində saat 11:50 radələrində Sabirabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıb:
"Ona qarnın ön divarının çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Hazırda Cərrahiyyə şöbəsində müalicəsi davam edir. Həkimlərin verdiyi məlumata əsasən, Fuad Abasovun vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Hadisənin səbəbləri ilə bağlı araşdırmalar aparılır".