"QARABAĞ QAZİLƏRİ"indən ibarət futbol komandası təlim məşqlərinə start verib - FOTOLAR

"QARABAĞ QAZİLƏRİ"indən ibarət futbol komandası təlim məşqlərinə start verib - FOTOLAR

 

Azərbaycan Respublikası Şəhid, Əlil və Veteranlar birliyinin təsisçisi, Qarabağ qazisi Rövşən Quliyevin təşəbbüsü ilə yaradılan "Qarabağ qazilərinin futbol komandası ilk təlim məşqlərinə başlayıb.

Sozcu.info bildirir ki, Şəhid, Əlil və Veteranlar birliyindən verilən məlumata görə, tədbirdə Abşeron İcra Hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov, rayon İcra Hakimiyyətinin əməkdaşları, İdman və Gənclər İdarəsinin rəisi, Olimpiya İdman Komleksinin direktoru,eləcədə türkiyəli iş adamı Okuklu Holdinqin rəhbəri Yılmaz Okuklu, İctimayi birliklər, cəmiyyət rəhbərləri iştirak ediblər.

Təlim məşqləri, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra başlayıb.Açılış üçün söz alan R. Quliyev Ümummilli Liderimiz, dahi rəhbər Heydər Əliyevin anadan olamasının 95 illik yubileyi münasibətilə Şəhid, Əlil və Veteranlar birliyinin təşkilatçılığı ilə Parolimpiada keçiriləcəyini bildirib.Eyni zamanda tədbirdə çıxış edən İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov təşəbbüskrlara təşəkkürünü bildirdi.
Vüsalə Qələndərli

















Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}