Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs HƏBS OLUNDU
Bakıda hansı maşınlara maraq öldü
Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
Beyləqanda 28 May – Müstəqillik Günü qeyd olundu
-Fotolar
İlham Əliyev xalqı təbrik etdi
Buraxılış imtahanının nəticələri açıqlandı - 4 nəfər 300 bal TOPLADI -
ADLAR
Donald Tramp İlham Əliyevi təbrik etdi
Ceyhun Bayramov Rusiyaya səfər edə bilər
Yaz sessiyası bitir
ADY gücləndirilmiş iş rejimində çalışacaq
Nazir əmr imzaladı - Bayram günləri ilə bağlı...
Əvvəlki
Sonrakı
İranda keçmiş MMA çempionu edam edildi
Dünən, 21:18
Prezident qonaqlarını qarşıladı
18-05-2026, 12:32
BU ŞƏXSLƏRƏ 2750 MANAT YARDIM ÖDƏNİLDİ
-Nazirlik məlumat yaydı
8-05-2026, 18:42
BƏƏ yenidən İranın dron və raket hücumuna məruz qaldığını bildirir
5-05-2026, 23:48
Tramp müharibənin həlli ilə bağlı İranın son təklifindən narazıdır
28-04-2026, 12:14
Axtarış...
Baş Səhifə
Prizma
Siyasət
Sosial
Gündəm
Problem
Müsahibə
Region
Təhlil
Hadisə
Kriminal
İqtisadiyyat
Araşdırma
Ölkə
Bilmədən mina tapdaladınsa...
- ANAMA-nın xüsusi qrup rəhbərinin aktual müsahibəsi
Anar Vəliyev: “Ermənilər qəbiristanlıqları da minalayırlar”
Minalar dünyanın bir çox ölkəsində qadağan olunub. Buna baxmayaraq, milyonlarla mina bu gün də dünyanın ən müxtəlif bölgələrində öz qurbanlarını gözləməkdədir. İşğaldan azad olunan Azərbaycanın Qarabağ bölgəsi də istisna deyil.
Müsahibimiz ANAMA EOD qrupunun supervayzeri Anar Vəliyevdir. Onun bu sahədə 20 il iş stajı var. A.Vəliyev bu dövrdə minlərlə minanın müəyyən edilməsi və zərərsizləşdirilməsində iştirak edib.
Müsahibiz deyir ki, üzərində “Dayan! Mina təhlükəsi!” sözləri olan lövhə hər kəsi dayandırmaq gücündədir, ANAMA mütəxəssislərindən başqa. Hər gün həyatlarını təhlükəyə atan minaaxtaranların bir amalı var – Azərbaycan ərazilərini işğalın, müharibənin zərərli qalıqları – minalardan təmizləmək.
-Qarabağ bölgəsində daha çox hansı növ mina basdırılıb?
- Həmin ərazilərdə piyada əleyhinə minalar, PMN, PMN-2, PMD-6, OZM-72, MON-200 və başqa minalar basdırılıb. Bundan əlavə, PMN-Э markalı az metal tərkibli minalar, tank əleyhinə minalar, TM-57, TM-62P, TM-62P2, TM-62P3, TM-62M və başqa minalar basdırılıb.
- Ümumilikdə bütün minalar təhlükəlidir, ən təhlükəlisi də olmamış deyil – hansıdır?
-Əlbətdə, bütün minalar təhlükəlidir. Nəzərə alsaq ki, minalar uzun müddət torpaq altında qalıb və nəticədə metal korpusu, ümumiyyətlə, partladıcı mexanizmləri zamanla korroziyaya məruz qalıb, aydın olur ki, hazırda işğaldan azad edilən torpaqlarda olan minalar daha həssas vəziyyətə gəlib. Minaaxtaran torpaq altında aşkar etdiyi hər siqnala ən təhlükəli mina kimi yanaşmaq məcburiyyətindədir.
- Qarabağda sensorlu minalara rast gəlinirmi?
-Agentliyin fəaliyyəti dövründə mina surprizlərinə (MS-3, MS-4) və sensorlu minalara rast gəlinməyib. İşğaldan azad edilmiş ərazilərdə icra olunacaq genişmiqyaslı minatəmizləmə fəaliyyətləri zamanı ola bilər ki, bu növ minalara və ümumiyyətlə, ətrafına surprizlər yerləşdirilmiş tank əleyhinə minalara rast gəlinə bilər.
- 1 ANAMA mütəxəssisi gün ərzində nə qədər ərazini minadan təmizləyə bilir?
-Bildiyiniz kimi, Agentlik humanitar minatəmizləmə sahəsində əl ilə minaaxtarma, minaaxtaran itlərin dəstəyi ilə minaaxtarma və mexaniki minatəmizləmə maşınlarının dəstəyi ilə minaaxtarma metodlarından istifadə edir. Əl ilə minaaxtarma fəaliyyətlərində ərazinin metalla çirklənmə sıxlığı minaaxtarma sürətinə təsir edir. Nəzərə alsaq ki, mina detektoru torpaq altındakı hər metala siqnal verir və minaaxtaran aşkar edilən siqnalların hər birini təhqiq etmək məcburiyyətindədir. Beynəlxalq Humanitar Minatəmizləmə Standartlarına (IMAS) əsasən mina sahəsində buraxılan hər bir siqnal buraxılmış bir minaya bərabərdir. Bununla bərabər mina sahələrindən başqa döyüş getmiş ərazilərin partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi fəaliyyətləri də icra olunmaqdadır. Bu sahələrin təmizlənməsi mina sahələrinə nisbətən daha tez müddətdə icra edilir.
- Erməni silahlı qüvvələri mina basdırmaq üçün daha çox hansı əraziləri seçiblər?
-Əlbəttə, kriteriyalara uyğun olaraq köhnə təmas xətti dediyimiz müdafiə zolağının birinci, ikinci, üçüncü eşelonu ən böyük minalanmış ərazilərdir. Həmin ərazilərdə piyada və tank əleyhinə minaların daha çox olduğu müşahidə olunur və qeyd olunmuş minalar düşmən tərəfindən xaotik şəkildə yerləşdirilib. Lakin buna baxmayaraq, hərbi əməliyyatlar zamanı köhnə təmas xəttindən başqa ərazilərdə də mina sahələrinin olduğuna dair məlumatlar əldə edilir. İşğaldan azad edilən ərazilərin 30 ilə yaxın düşmən nəzarətində olması bu ərazilərin şübhəli və təhlükəli olmasına dəlalət edir.
-Dünyada qəbristanlıqlar mina basdırılmaq üçün ideal məkan kimi nəzərdən keçirilir. Qarabağda da belədirmi?
-Bəli, bu hallarla biz də rastlaşmışıq. Torpaqların işğaldan azad olunması sevinci ilə vətəndaşlarımızın öz yurdlarına gedərək dədə-baba məzarlarına baş çəkmək istəklərini təxmin edən ermənilər qəbiristanlıqları da minalayıblar. Füzuli və Ağdam rayonlarında qəbiristanlıqlarda piyada əleyhinə mina və mina qalıqları ilə üzləşmişik. Qəbiristanlıqların minalanması çox həssas bir məqam olduğu üçün tərəfimizdən xüsusi nəzarətdədir və işğaldan azad olunmuş digər rayonlarımızda da bu kimi hallara rast gəlsək sübutedici faktlarla ictimaiyyətə təqdim olunacaq.
- Mina və partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi üçün nə qədər vaxt lazım olacaq?
-Tam təmizlənəcək müddəti dəqiq demək çətindir. Amma, əlbəttə, Agentlik öz fəaliyyətini Azərbaycan hökümətinin planına, tapşırıq və tövsiyələrinə uyğun olaraq təşkil edir və yerinə yetirir. Həmin prioritetlərə görə birinci dərəcəli yollar, elektrik xətləri, su təminatı, dövlət mülki əhəmiyyətli obyektlər və başqa ərazilər təmizlənilir. Ondan sonra, ikinci dərəcəli prioritetlər gəlir. Daha sonra şəhərlər, qəsəbələr salınacaq, evlər tikiləcək ərazilər təmizlənəcək. Bunun ardınca camaat köçürüləndən sonra yaşamaq və işləmək üçün əkin sahələri, otlaq sahələri təmizlənəcək. Axırıncı prioritet - meşə sahələri, dağlıq ərazilər, ərazilər təmizlənəcək. Cocuq Mərcanlı nümunəsində olduğu kimi minatəmizləmə fəaliyyətləri ilə tikinti-quruculuq işləri koordinasiyalı şəkildə icra ediləcək.
-Mina formulyarları Azərbaycana təqdim olunsa, bu müddət neçə ilə qədər azala bilər?
-Bu barədə müzakirələr aparılır, əlbəttə ki, mina sahələrinə aid formulyarların əldə edilməsi mina təmizləmə fəaliyyətlərinin planlaşdırılması və icra edilməsinə öz müsbət töhvəsini verəcək. Lakin bu spesifik sahədir və bu məqsədlə əldə olunacaq həmin xəritə və koordinasiyalar yoxlanılmalıdır və həqiqətə uyğun olarsa istifadə oluna bilər. Çünki döyüşlər zamanı düşmən silahlı qüvvələri torpaqlarımızı tərk edən zaman yeni minaların yerləşdirməsi sual altındadır və bu səbəbdən mütləq şəkildə araşdırılmalıdır.
- Birləşmiş Millətlər Təşkilatı (BMT) minaların təmizlənməsi proqramı çərçivəsində Azərbaycana bu sahədə dəstək təklif edibmi
?
-ANAMA fəaliyyətə başladığı gündən bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. 1999-cu ildən etibarən Azərbaycanda həyata keçirilən minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) “Azərbaycanda minatəmizləmə potensialının gücləndirilməsi və genişləndirilməsinə dəstək” layihəsini həyata keçirir və qeyd olunmuş layihə uğurla davam etdirilir.
- Azərbaycan BMT-yə və digər ölkələrə minaların təmizlənməsi ilə bağlı yardım, dəstək üçün müraciət edibmi və ya etməyi planlayırmı?
- Agentlik yarandığı gündən bir çox beynəlxalq minatəmizləmə qurumları ilə əməkdaşlıq edir. Hazırda da humanitar minatəmizləmə sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlar və donor ölkələrindən bu sahədə gələcək əməkdaşlıq üçün təkliflər alırıq və bu təkliflərin zəruri istiqamətləri üzrə fəaliyyətinə dair danışıqlar aparılır.
-Müxtəlif hesablamalara görə bu gün dünyanın 60 ölkəsində 110 milyon mina “yatır”. Qarabağ bölgəsində ermənilərin basdırdığı minaların təxmini sayı bəllidirmi?
-Bu gün ərazidəki minaların və partlamamış hərbi sursatların nə qədər olduğunu dəqiq demək çətindir. Bu ərazilərdə geniş miqyaslı tədqiqat aparıldıqdan sonra nə qədər mina və partlamamış hərbi sursatların olduğunu təxmin edə bilərik.
-Minaların işğaldan azad edilən ərazilərdən 100 faiz təmizlənməsi mümkündürmü?
-Agentlik Beynəlxalq və Milli Minatəmizləmə Standartlarına uyğun olaraq humanitar minatəmizləmə fəaliyyətlərini icra edir və təmizlənmiş ərazini, ərazinin təhlükəsizliyinə dair zəmanət Sertifikatı ilə son istifadəçiyə təhvil verir.
- Minaların təmizlənməsi üçün Azərbaycanda xüsusi texnika varmı?
-Hazırda Agentlikdə 6 ədəd Slovakiya və Xorvatiya istehsalı olan xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları mövcuddur. Texniki tədqiqat prosesində şübhəli ərazilərin qısaldılması məqsədilə tətbiq olunan mexaniki minatəmizləmə vasitələri əməliyyatların vaxt, səmərəlilik və təhlükəsizlik baxımından ən başlıca yer tutmaqdadır. Mexaniki minatəmizləmə vasitələrinin tətbiqinə ilk dəfə 2004-cü ildən başlamış ANAMA Mexaniki dəstək Qrupu, uzun illər boyunca keçdiyi təcrübə və qarşıya çıxmış olan çətinliklərin dəf edilməsi üslubları ilə artıq ölkədə və kənarda bu vasitələrin daha səmərəli istifadəsinə dair təlim, təcrübə mübadiləsi üçün yararlı olacaq imkanlara malikdir.
-Texnikanın ideal sayı nə qədərdir və hər kilometr üçün ANAMA-ya neçə işçi, hansı texniki vasitələr zəruridir?
-Hazırda Agentlikdə 600 nəfərə yaxın işçi heyət, 40 ədəd xüsusi təlim keçmiş minaaxtaran it və 6 ədəd xüsusi təyinatlı mexaniki minatəmizləmə maşınları, maqnetik lokatorlar, minaaxtaran detektorlar, eləcə də dərinlik ölçən cihazlar möcuddur. İşğaldan azad edilən ərazilərdə genişmiqyaslı minatəmizləmə fəaliyyətlərinin icra edilməsi məqsədi ilə Agentliyin potensialının mərhələli şəkildə artırılması planlaşdırılmışdır.
-ANAMA-da olan texnikaların effektivliyi, iş zamanı – mina partlayışından sıradan çıxması ehtimalı nə qədərdir?
-İstifadə olunan hər bir mexaniki minaaxtarma maşınının mina partlayışından təsirlənməsi müxtəlifdir və bu onların texniki parametrləri ilə müəyyən olunur. Agentlikdə istifadə olunan mexaniki minatəmizləmə maşınlarının bir neçə piyada eləyhinə minalara davamlı olması və hər tank əleyhinə mina partlayışından sonra qısa müddət ərzində yerində texniki müayinə olunaraq işinə davam etməsi üçün sahələrdə yerində xidmət göstərilməsi məqsədilə texniki yardım xidmətindən istifadə olunur.
-Azərbaycanlı minaaxtaran mütəxəssislər qoruyucu şlemlərində GPS ötürücülüər istifadə edirlərmi?
-Agentlik tərəfindən icra olunan humanitar minatəmizləmə fəaliyyətləri daha öncə qeyd etdiyimiz standartlara əsasən icra olunur. Agentliyin istifadə etdiyi qoruyucu geyimlər, texnika və ləvazimat, alət və avadanlıqlar humanitar minatəmizləmə sahəsində dünyada istifadə olunan ən müasirlərindəndir. Humanitar minatəmizləmə fəaliyyətləri kollektiv şəkildə icra olunan fəaliyyət növüdür. Bütün minaaxtaranların fəaliyyətləri təhlükəsizlik məsafələri nəzərə alınmaqla sahə rəhbərlərinin nəzarəti altındadır. Bunun üçün hər minaaxtaranan qoruyucu dəbilqələrində GPS ötürücülərindən istifadə olunması məqsədəuyğun hesab edilmir. Ümumiyyətlə minaaxtaranların qoruyucu dəbilqələrində GPS-in yerləşdirilməsi Beynəlxalq Standartlarda nəzərdə tutulmayıb. Buna baxmayaraq, hər hansı koordinatların götürülməsi üçün sahə rəhbərlərində GPS cihazları mövcuddur və bunun vasitəsilə aşkar olunmuş obyektin koordinasiyası götürülür.
-ANAMA-nın texniki vasitələri sırasında minaaxtaran dronlar varmı və minaaxtarma əməliyyatlarında istifadə edilirmi?
-Humanitar minatəmizləmə fəaliyyətlərində dronlardan istifadə olunması yenilik deyil. Lakin bu dronların minaaxtarma fəaliyyətlərində deyil, ərazilərin tədqiqatı zamanı şübhəli və təhlükəli sahələrin perimetrlərinin müəyyən olunması üçün istifadə edilməsi daha məqsəduyğundur. Eyni qaydada Agentlikdə mövcud olan dronlardan bu istiqamətlərdə istifadə olunur. Dünyada bu sahədə istifadə olunan yeni texnologiyalardan və avadanlıqlardan əldə etmək üçün Agentliyin mütəxəssisləri tərəfindən araşdırmalar aparılır və yaxın müddətdə Azərbaycana gətirilərək humanitar minatəmizləmə fəaliyyətində hər növ metal, plastik, taxta minaların, partladıcı maddələrin, partlamamış hərbi sursatların müəyyən edilməsində, dərinliyinin ölçülməsində və xəritə üzərində qeyd olunmasında istidafə ediləcək.
- Mina tapdaladığını hiss edən şəxs nə etməlidir?
-Əfsuslar olsun ki, minanı tapdalayan şəxs heç özü də tapdaladığını hiss etmədən mina partlayışına məruz qalır. Nadir hallarda hər hansı səbəblə mina partlayışı baş verməsə və ümumiyyətlə səhvən mina sahəsinə daxil olduğunu hiss edən şəxs tərpənmədən yardım çağırmalıdır. Əgər yardımın gəlmə ehtimalı yoxdursa, o zaman həmin şəxs ehtiyatla öz ayaq izləri ilə eyni qaydada geri qayıtmalıdır.
- “Minaaxtaran həyatında 1 dəfə səhv edir” deyimi var. Torpaqlarımız işğaldan azad ediləndən sonra ANAMA mütəxəssislərinin minaya düşmələri xəbərləri gəlir. Səbəbi nədir – tələskənik?
-Minaxtarma peşəsi yüksək diqqət, səbr və peşəkarlıq tələb edən fəaliyyət növüdür. Agentliyin əməkdaşlarının minaya düşməsi və ümumiyyətlə insanların minaya düşməsi çox üzücü hadisədir. Bildiyimiz kimi, Füzuli rayonu ərazisində 2020-ci ilin noyabr ayında iki qardaşın mal-qara otarması məqsədi ilə minalı ərazilərə daxil olmaları, bir qardaşın vəfat etməsi və digərinin xəsarət alması ilə nəticələnib. Vəfat edən və xəsarət alan vətəndaşların mina sahəsindən çıxarılması üçün Agentliyin əməkdaşı yardım göstərib. Bu zaman emosional vərdişlər minaaxtaranın icra etməsi tələb olunan standart qaydalardan irəli keçib, daha tez yardımın göstərilməsinə səy göstərən Agentliyin əməkdaşı da minaya düşub. Vətəndaşların təhlükəli və girişi qadağan olunan ərazilərə icazəsiz daxil olmaları, bunun nəticəsində baş verəcək mina partlayışı hadisəsi minaaxtaranın təhlükəli və riskli işini daha da qəlizləşdirir. Bu məqsədlə vətəndaşlarımızın tələb olunan qaydalara ciddi riayət etmələri təkrar-təkrar xahiş olunur.
-Minaaxtarma sahəsində yeni kəşflər də dünyanın diqqət mərkəzindədir. Peyklər vasitəsi ilə minaların müəyyən edilməsi üçün texniki həllər var. 2023-cü ilə qədər bu sahədə ciddi nəticələr əldə olunacağı gözlənilir. ANAMA minaaxtarma sahəsində yeni yanaşmaları öyrənib tətbiq etməyi planlayırmı?
-Əlbəttə, minatəmizləmə fəaliyyətləri çərçivəsində dünyada istifadə olunan yeni yanaşmalar Agentliyimizdə də uğurla tətbiq olunur. İşğaldan azad edilən ərazilərin çirklənmə faizlərinin müəyyən olunmasına yardım məqsədi ilə Agentliyimiz “Azerkosmos” ASC və digər aidiyyəti qurumlarla bu hüdudlarda sıx əməkdaşlıq edir.
Əlavə olaraq fəxrlə qeyd etmək istərdik ki, dünyada fəaliyyət göstərən Humanitar Minatəmizləmə Təşkilatları arasında ANAMA-nın müstəsna yeri vardır. Birləşmiş Millətlər Təşkilatının, Birləşmiş Millətlər Təşkilatının Mina Faəliyyəti Xidmətinin (UNMAS), NATO-nun, eləcə də digər beynəlxalq minatəmizləmə qurumlarının hesabatlarına əsasən ANAMA 2009-cu ildən etibarən öz milli potensialı ilə Humanitar Minatəmizləmə sahəsində fəaliyyət göstərən milli agentliklərdən biridir.
- ANAMA işğaldan azad edilmiş ərazilərə səfər edən vətəndaşlara nələrə diqqət etməyi tövsiyə edir?
-İşğaldan azad olunmuş və müharibə zamanı düşmən atəşinə məruz qalmış ərazilərin minalarla, partlamamış hərbi sursatlarla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirkləndiyini nəzərə alaraq, vətəndaşlardan təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətədək müvəqqəti olaraq bu ərazilərə daxil olmaları qəti qadağandır və bu ərazilərə edəcəkləri səfərlərdən çəkinmələrini artıq dərəcədə xahiş edirik.
Agentlik bir daha sakinləri naməlum və şübhəli əşyalara toxunmamağı, xüsusilə də uşaqları tanımaqdıqları əşyalara əl vurmamağı və dərhal aidiyyatı üzrə "102" və “112” Xidməti-Zəng Mərkəzlərinə müraciət etməyə çağırır.
E.Məmmədəliyev,
“Yeni Müsavat”
Oxşar Xəbərlər
Ağcabədidə körpünün altında tank əleyhinə mina tapıldı
Cocuq Mərcanlıda daha 14 dağıdılmış evə baxış keçirilib –Xeyli mina, hərbi sursat aşkarlanıb
Fuad Ələsgərov:"20 il ərzində ANAMA qarşısına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlib"
Tərtər-Ağdərə istiqamətində partlayış, 3 erməni hərbçisinin ölümü
Xəbər lenti
Bulvarda gənc qıza və oğlana qarşı zorakılıq edən şəxs HƏBS OLUNDU
İranda keçmiş MMA çempionu edam edildi
Bakıda hansı maşınlara maraq öldü
Bortnikov: Qərb xüsusi xidmət orqanları MDB məkanında rəqəmsal təsir şəbəkələri qurur
ŞAD XƏBƏR: Bayrama görə bu şəxlərə pul mükafatı ayrıldı
Ağdaşda avtomobil piyadanı vuraraq öldürdü
Məsud Pezeşkian İlham Əliyevə təşəkkür etdi
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
Beyləqanda 28 May – Müstəqillik Günü qeyd olundu
-Fotolar
İlham Əliyev xalqı təbrik etdi
Buraxılış imtahanının nəticələri açıqlandı - 4 nəfər 300 bal TOPLADI -
ADLAR
Donald Tramp İlham Əliyevi təbrik etdi
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
Ceyhun Bayramov Rusiyaya səfər edə bilər
Yaz sessiyası bitir
ADY gücləndirilmiş iş rejimində çalışacaq
Pensiya ilə bağlı MÜHÜM XƏBƏR -
Nazirlik AÇIQLADI
Sabahın hava proqnozu AÇIQLANDI
Nazir əmr imzaladı - Bayram günləri ilə bağlı...
Qatarla ölkəyə gələn əcnəbilərə XƏBƏRDARLIQ
Bölgələrə axın başladı: günlük evlər 1000 manata qədər bahalaşdı
Bahar Muradovadan VACİB ÇIXIŞ
Nazirlərin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ!
Prezidentə təbriklər gəlməkdə davam edir
Bakı-Tiflis sərnişin qatarı yola düşdü
Sürücülərə ŞAD XƏBƏR:
Bu yolun bərpasına başlanıldı
Babək Niftəliyevə vəzifə verildi
Metroda qatarların hərəkət qrafiki dəyişdiriləcək
Dələduzların YENİ ÜSULU: Vətəndaşların biometrik məlumatları necə ələ keçirilir? -
XƏBƏRDARLIQ
Elmir Həsənli yüksək vəzifəyə təyin edildi
Messi ilə bağlı pis XƏBƏR
Prezidentdən ÖNƏMLİ
SƏRƏNCAM
"Uğur 777" estetik mərkəzindəki qanunsuzluqla bağlı məhkəmə keçirildi
İlham Əliyev müşavirə keçirdi -
FOTO
Xəzər dənizində zəlzələ oldu
XİN Pakistana başsağlığı verdi
Bu ərazidə 4 saat işıq olmayacaq
21 yaşlı qadın qətlə yetirildi -
Əri saxlanıldı
FHN əhaliyə xəbərdarlıq etdi
ABŞ-İran razılaşması xəbəri neft bazarını silkələdi:
Qiymətlər belə dəyişdi
Messi rəsmən milyarder oldu –
Ronaldudan sonra ikinci futbolçu
Omeqa-3 həqiqətən faydalıdır?
“CAVANŞİR QURBANOV ADI NƏSLİMİZİN ƏN BÖYÜK QÜRURUDUR”
– Mircəlal Qurbanovdan mərhum atası haqda duyğusal yazı / VIDEO, FOTO
Bazar günü 28 dərəcə isti olacaq
Təkrar əlillik təyin edilmiş 60 mindən çox şəxsə 37,1 mln. manat ödənilib
3 BÜRCLƏ bağlı ŞOK XƏBƏRDARLIQ –
Onlarla münasibət qurmayın!
21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ
Azərbaycanda sayğaclar BU CÜR OLACAQ
Bu qidalar sağlam ARIQLAMAĞA kömək edir
PRİZMA
İnsan ruhunun çıxılmaz keçidləri İmamverdi İsmayılovun “LABİRİNT” povesti haqqında düşüncələr
MÜSAHİBƏ
1
2
3
4
5
6
Əli Babayev: Kaya Kallasın barmağını silkələməsi gürcüləri qorxutmayacaq
-Bizə belə Avropa lazım deyil
Bir region, bir taleh: İlham Əliyev liderliyi və Qafqazın gələcəyi
Heç kimin bizə barmaq silkələməsinə imkan verməyəcəyik
Qlobal səhnədə yeni tamaşa: Maduro həbsi və səhnəarxası razılaşmalar
Elşad Mirbəşir: "Azərbaycanın çoxşaxəli xarici siyasətində BƏƏ ilə strateji əməkdaşlığın rolu"
“RAMİZ MEHDİYEVLƏ TELEFONDA ÇOX CİDDİ SÖHBƏTİMİZ OLDU...”
- “Eldar Mahmudov mənə hər zaman hörmətlə yanaşıb”
TƏHLİL
ABŞ–İran razılaşması yaxınlaşır, amma müharibə təhlükəsi qalır
SOSİAL
1
2
3
4
5
6
ŞAD XƏBƏR: Bayrama görə bu şəxlərə pul mükafatı ayrıldı
Azərbaycanda bu şəxslərə pulsuz mənzil VERİLƏCƏK
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı
Pensiya ilə bağlı MÜHÜM XƏBƏR -
Nazirlik AÇIQLADI
Sabahın hava proqnozu AÇIQLANDI
Sürücülərə ŞAD XƏBƏR:
Bu yolun bərpasına başlanıldı