BU SÖYÜŞ SƏNƏ MƏXSUSDURSA, HEYVAN SƏNSƏN VƏ SƏNİN ATANDIR!

BU SÖYÜŞ SƏNƏ MƏXSUSDURSA, HEYVAN SƏNSƏN VƏ SƏNİN ATANDIR!

 


 Vüqar MƏMMƏDOV

 

Rusbaşlıların Sərdar Cəlaloğluna qarşı hücumları Türkiyə-Azərbaycan konfederasiyası ideyasını gündəmdən çıxarmağa xidmət edir...

Artıq bir həftədən coxdur ki, Rövnəq Abdullayevə məxsus reket saytlarda Sərdar Cəlaloğluna qarşı təhqir dolu hücumlar səngimir. Xatırladım ki, bütün bunlara səbəb SOCAR əməkdaşları tərəfindən şəhidiməzə qarşı olan hörmətsizlik idi. Hadisə kifayət qədər həssas olduğundan, medianın da nəzərindən qaçmadı. Bu da təbii ki, Rövnəq Abdullayevi və ona qahmar çıxan qüvvələri narahat etməyə bilməzdi. Çünki ölkə başçısına ünvanlanan müraciət anında nəzarətə götürüldüyündən, artıq "dar ağacı”nın işartılarını görən rövnəqlər və onun kimi bu millətə qənim kəsilən rusbaşlar gündəmi dəyişmədən işin altından sıyrılaraq çıxa bilməyəcəklərini anladılar. Bu səbəbdən də Sərdar bəyin prezident seçkilərindəki "Əgər biz güclü olmaq istəyiriksə, Türkiyə və türk dilli dövlətlər ilə Konfederasiya yaratmalıyıq” ideyasını ortalığa atmaqla, yeni gündəm yaratmağa cəhd etdilər.

Çox təəssüf ki, bu tör-töküntülər ideyaya cavab verəcək kafada adam tapmadıqlarından, əllərində bəslədikləri saxlamaları vastəsilə söyüş kampaniyasına start verdilər. Əslində, ilk baxışda adamın "əşşi, burda nə var ki, bunların sadəcə, tərbiyələri yoxdur” deməyi gəlir. Amma bir tərəfdən də fikirləşirsən ki, bunların birinin tərbiyəsi olmasın, ikisinin tərbiyəsi olmasın, üçünün tərbiyəsi olmasın, bəs nə oldu, bu qırılmışların elə hamısı tərbiyəsizdir? Hə, bax, onda xoruzun quyruğu açıq-aydın görünməyə başlayır.

Xatırlayırsınızsa, bir neçə ay bundan öncə ölkə başçısına və ailəsinə qarşı ölkə hüdudlarından kənarda da belə bir söyüş kampaniyası aparılırdı. Bütün çabalara rəğmən, kampaniya səngimək əvəzinə, daha da geniş vüsət almağa başlamışdı. Ta o vaxta kimi ki, biriləri bu kampaniyanın daxildən idarə olunduğunu deməyə və hətta bəziləri daha da irəli gedərək, bu çirkin oyunların arxasındakı fiqurların kimliyi ilə bağlı işarələr də verməyə başladılar. Maraqlıdır ki, hədəf göstəriləndən dərhal sonra kampaniya böyük surətlə səngidi və qısa müddətdə söyüş yerini guya siyasi mübarizəyə verdi. Burdan da anlaşılan odur ki, bir çox kişilər özlərinə ikinci, üçüncü, hətta dördüncü arvad saxlayan kimi, kampaniyanın başında duran, başını kola soxub arxası eşikdə qalan "dəvəquşular”, guya, öz saxlamaları vastəsilə istədikləri şəxsi hədəfə çevirəcəklərini düşünürdülər. Təəssüflər olsun ki, həmin şəxslər bəlli olsa da, hələ ki, cəzalarını almadan, çirkin əməllərini davam etdirirlər.

Bu gün isə ortaya maraqlı sual çıxır: İlham Əliyevə qarşı təşkil olunan söyüş kampaniyası ilə Sərdar Cəlaloğluna qarşı təşkil olunan kampaniyanın nə bağlılığı ola bilər? Məsələ orasındadır ki, İlham Əliyevlə Rəcəb Təyyub Ərdoğanı birləşdirən "Bir millət iki dövlət” şüarından daha çox dostluq əlaqələridir. Bu dostluq münasibəti nə qədər möhkəmlənərsə, nə qədər dərinləşərsə, birliyi pozmaq bir o qədər çətin olar. Nəticədə olkəmiz Rusiyanın nəzarətindən tamamilə çıxa bilər ki, bu da, təbii, şimal qonşumuzu narahat etməyə bilməz(Baxmayaraq ki, Türkiyə-Rusiya münasibətləri hal-hazırda irəliyə doğru gedir). Ona görə də ciddi-cəhdlə ideyanı verən Sərdar Cəlaloğlunu və dolayısıyla ideyanı rəsmi şəkildə hayata keçirən İlham Əliyevi hədəf seçiblər. Amma İlham Əliyev Prezident olduğundan, təbii ki, ona qarşı açıq şəkildə hücum edə bilmirlər. Ona görə, ən rahatı Sərdar bəyi söyməklə, ağalarına öz sədaqətlərini nümayiş etdirirlər.

Uzun illər Rusiyanın müstəmləkəsində olmağımıza baxmayaraq, bu gün qarşımıza belə adamların çıxması çox sevindiricidir. Ən azından insanın içi rahatlayır ki, illərdir bu xalqdan yalnız "axsaq danaları” qopara biliblər.

Amma çox təəssüf ki, olkə müxalifətində özlərini guya türk təəssübkeşi kimi göstərib, lazım gələndə də başlarını qınından çıxarmayan liderlərimiz öz susqunluqları ilə rusbaşlara xidmət etdiklərini belə, anlamayacaq qədər kar və kor olublar. Sizlərdən kimlərinsə Sərdar Cəlaloğlundan xoşu gəlməyə bilər. Amma bu məsələ olkəmizin taleyüklu problemi olduğundan, sizlərin susması əlləri bu millətin qanına bulaşmış cinayətkar ünsürlərə şans verir ki, agızlarına gələn hədyanları söyləsinlər.

Məhz bizim susqunluğumuzdan daha da vəcdə gələn rusbaşların ölkədə əhalinin son siyahıyaalınması zamanı milli tərkiblə bağl verdiyi statistik rəqəmlər adamı dəhşətə gətirir. Məlum olur ki, sən demə, ölkəmizdə yaşayan ermənilərin sayı türklərin sayından ən azı iki dəfə çoxdur. Yəni 120 mindən çox erməni 38 min türk yaşayır. Budur, susqunluğun nəticəsi, bəylər! Sizlər susduqca, bunlar bir az da irəliləyəcəklər. Neçə ki, biz onlara yerlərini tanıtmırıq, gün gələcək, milli mənsubiyyətləri bəlli olmayan ayazlar, əbdüllər, tahirlər, ağacanlar, ariflər, musalar və başqa bu kimi məxluqlar vətənimizin də ya ermənilərə, ya da ruslara aid olduğunu çəkinmədən deyəcəklər.

P.S. Son günlər görünən odur ki, bu məsələni gündəmdən çıxarmaq, həm də konfederasiya ideyasını vurmaq üçün Sərdar Cəlaloğluna qarşı bu cür hücumlar təşkil olunur.

P.P.S. Ağacan Əbiyevə səslənərək demək istəyirəm ki, Sərdar Cəlaloğlunun ünvanına "Bu adama demək istəyirəm ki, ay axmaq, ay heyvan, Azərbaycan Türkiyəyə birləşsə, bundan nə qazanacaqsan?” sözləri sənə məxsusdursa, heyvan sənsən və sənin atandır.



Oxşar Xəbərlər

Xəbər lenti