8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
"Rövnəq Abdullayev barəsində tənqidi məqalə yazan informasiya saytlarını neft pulları hesabına əlinin altında saxladığı haker qrupu vasitəsilə sıradan çıxarmağa cəhd edir”
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
"Hürriyyət” qəzeti və Hurriyyet.org saytının
baş redaktoru Vüqar Məmmədov tərəfindən
MÜRACİƏT
Hörmətli Prezident!
Sizin jurnalistlərlə görüşlərinizdə hər zaman məmurların qanunsuz əmllərindən yazmağı tövsiyə etmənizə rəğmən, bəzi məmurlar barələrində dərc olunan tənqidi məqalələrdən nəticə çıxarmaq əvəzinə, medianın üzərinə hücuma keçməyi məqbul hesab edir. Bu məmurlardan biri, bəlkə də birincisi SOCAR prezidenti Rövnəq Abdullayevdir.
Çox təəssüflə qeyd edirik ki, R.Abdullayev özü və yaxın adamları haqqında tənqidi məqalə yazan informasiya saytlarını neft pulları hesabına əlinin altında saxladığı haker qrupu vasitəsilə sıradan çıxarmağa cəhd edir. Əminliklə deyə bilərik ki, SOCAR prezidentinin göstərişi ilə bu günədək Azərbaycanda onlarla saytın fəaliyyətinə ciddi əngəllər törədilib. Hansı ki, bu gün Hurriyyet.org saytı da yenidən Rövnəq Abdullayevin haker qrupunun hədəfinə çevrilib.
Cənab Prezident!
Bizim R.Abdullayevin qəzəbinə gəlməyimizin səbəbi SOCAR əməkdaşları tərəfindən aprel şəhidi Rasim Məmmədovun qanuni sənədləri olan, həyat yoldaşı və körpə uşaqlarının yaşadığı evinin sökülməsinə etiraz etməmizdir. Üzülərək qeyd edirik ki, bu cür məmurlar tərəfindən müharibə vəziyyətində olan Azərbaycanda şəhidlərimizin ruhuna açıq-aşkar hörmətsizlik olunur.
Sizdən xahiş edirik ki, Rövnəq Abdullayevin düşmən ölkələrin saytlarını deyil, həqiqəti yazan Azərbaycan informasiya portlallarını dağıtmaq üçün böyük vəsait hesabına saxladığı haker qrupunun fəaliyyətinin araşdırılmasına və Hurriyyet.org-un fəaliyyətinə əngəl törədən şəxslərin cəzalandırılmasına göstəriş verəsiniz!
Sizə öncədən kollektivimiz adından təşəkkürümüzü çatdırıram.
Hörmətlə, Vüqar Məmmədov”.