Marneulidə “Nəriman Nərimanov adına Mədəniyyət Evi”nin adının dəyışdirilməsində kimlərinsə əli var-FOTO

 

Marneulidə “Nəriman Nərimanov adına Mədəniyyət Evi”nin adının dəyışdirilməsində kimlərinsə əli var-FOTO

 


 

 

Borçalıdakı soydaşlarımız daim mənəvi terrora məruz qalıb, qalır və bu gedişlə də qalacaqdırlar. Ən böyük mənəvi  terror ordakı Azərbaycan məktəblərinin sayının günü-gündən azalması, onların Gürcüstan hökuməti tərəfindən lazımı məktəb ləvazimatları ilə  təmin etməməsi, həmçinin ali savadlı soydaşlarımızın dövlət işlərində çalışmalarına əngəllər törədilməsidir.

 Bütün bunlar azmış kimi bir neçə gün bundan əvvəl azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun mərkəzində yerləşən və Azərbaycanın tanınmış dövlət xadimi Nəriman Nərimanovun adını daşıyan Mədəniyyət Evinin adının dəyişdirilməsi ilə bağlı böyük narazılıq yaranıb. Həmin mədəniyyət evi 2003-cü ildən  N.Nərimanovun adını daşımasına baxmayaraq, həmin  adın Gürcüstanın Dövlət Reyestri Agentliyinin rəsmi saytında da Marneulidə N. Nərimanovun adını daşıyan mədəniyyət evinin mövcud olmadığı məlum olur. Agentliyin bazasındakı sənədlərə əsasən Marneulidə mədəniyyət mərkəzi 2007-ci il fevralın 16-da yaradılıb və rəsmi adı Marneuli bələdiyyəsinin Mədəniyyət klubu, kitabxana və muzey birliyidir. Marneuli bələdiyyəsinin rəsmi internet səhifəsində bələdiyyədə fəaliyyət göstərən qeyri-kommersiya hüquqi şəxslərin siyahısında da Mədəniyyət klubu, kitabxana və muzey Birliyi adlı mədəniyyət mərkəzinin adına rast gəlmək olar. Bütün bunlara baxmayaraq, maraqlıdır ki, Mədəniyyət mərkəzinin binasında "Nəriman  Nərimanov adına  Mədəniyyət Sarayı” adlı lövhə bu günə qədər   qalmaqdadır. Lövhə üzərində yazı çətinliklə oxunur və istismar müddətini çoxdan başa vurub. 

 

 

Gürcüstan parlamentinin deputatı Azər Süleymanov bu olayla  bağlı öz fikirini bildirib.

-"Biz buranı  böyük ictimai, siyasi xadim Nəriman Nərimanov adına "Mədəniyyət mərkəzi” kimi tanımışıq. Adın dəyişdirilməsinə gəlincə aidiyyatı üzrə rəsmi  orqanlara etirazmızı  bildirdik, onlar da qeyd etdilər ki, mərkəzin  adı heç vaxt N.Nərimanov adına olmayıb. O zaman biz adı nə vaxt dəyişdirilməsi ilə bağlı sorğu verdik, lakin arxivlərdə bu barədə  sənəd tapılmadı. Görünür son zamanlar Gürcüstanda baş verən hadisələr özünü  bu işdə də göstərir. Azərbaycanın eləcə də, bütün Sovet ittifaqının görkəmli siyasi xadiminə bu cür hörmətsizlik olunursa deməli, burda kimlərinsə əli var”.

Marneulidə “Nəriman Nərimanov adına Mədəniyyət Evi”nin adının dəyışdirilməsində kimlərinsə əli var-FOTO

 

 

Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevin da baş vermiş hadisə ilə bağlı fikirlərini öyrəndik:

-"N.Nərimanova qarşı bu ilk ədalətsiz hal deyil. Hələ Sakaşvilinin zamanında ədibimizin ev müzeyi dağıdılmışdı. Sonralar Azərbaycan dövləti və SOCAR şirkətinin vasitəsilə yenidən bərpa olundu. Marneulidə baş verən sonuncu hadisə birinci hal deyil, 2010-cı ildə də bu cür hadisə baş vermişdi. Bu cür halların baş verməsi yalnız tarixi şəxsiyyətin adına, ruhuna hörmətsizlik yox, bütün Gürcüstan azərbaycanlılarına göstərilən həqarətdir. Biz bu  barədə lazımı dövlət orqanlarına şikayətlərimizi bildirəcəyik".

"Yeni Sözçü” qəzeti

 

Marneulidə “Nəriman Nərimanov adına Mədəniyyət Evi”nin adının dəyışdirilməsində kimlərinsə əli var-FOTO

 

Marneulidə “Nəriman Nərimanov adına Mədəniyyət Evi”nin adının dəyışdirilməsində kimlərinsə əli var-FOTO

 


 



Oxşar Xəbərlər

Xəbər lenti