“Borçalı” İctimai Birliyi tədbir keçirib- Milli-mənəvi dəyərləri qorumaq hamının müqəddəs borcudur

“Borçalı” İctimai Birliyi tədbir keçirib- Milli-mənəvi dəyərləri qorumaq hamının müqəddəs borcudur

 

Beynəlxalq Mətbuat Mərkəzində "Borçalı” İctimai Birliyi "Azərbaycanın milli-mənəvi dəyərlərinin formalaşmasında gürcüstanlı soydaşlarımızın rolu” mövzusunda dəyirmi masa keçirib.Tədbirdə İctimai Birliyin İdarə Heyətinin üzvüləri, Borçalı elindən olan alimlər, Azərbaycanın müxtəlif ali məktəblərini təmsil edən rəhbərlər, tanınmış ziyalılar, Milli Elmlər Akademiyasının inistitutlarında çalışan elm adamları, təcrübəli yazarlar, şairlər, jurnalistlər, müxtəlif  QHT-lərin nümayəndələri iştirak edib.  "Borçalı” İctimai Birliyin sədri Kərəm Məmmədov giriş sözündə müzakirə olunan mövzunun indiki dönəmdə daha çox aktual olduğunu söylədi və bu mövzu ətrafında  diskussiyanın maraqlı keçməsinə əmin olduğunu bildirdi. Sonra tədbirdə iştirak edən  Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Yaqub Mahmudov  geniş çıxış etdi. O, əvvəlcə Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrin tarixi köklərindən, tarix boyu gedən proseslərdən və Çar Rusiyasının tarixən Azərbaycana məxsus həmin ərazilərin  Gürcüstan ərazisinə qatmaq üçün soydaşlarımıza qarşı mübarizə apardığından danışdı. Tarixçi alim çıxışında qeyd etdi ki, ruslar sonradan Gürcüstana köçən erməniləri azərbaycanlılara düşmən etmək üçün münaqişə yaradıb və soydaşlarımızı sıxışdırmaq üçün bütün "metodlardan” istifadə ediblər. Yaqub Mahmudov həm də bildirdi ki, bütün bunlara baxmayaraq inqilab ruhu ilə düşmənlərə qarşı mübarizə aparan  soydaşlarımız  Tiflis şəhərində ilk idarəçiliyi yaratmaqla yanaşı yüzlərlə orta məktəb,elm və ali təhsil ocaqları açıblar. Təəssüflər olsun  ki, hazırda Gürcüstanda azərbaycanlıların  təhsil aldıqları məktəblərin sayı xeyli məhdudlaşdırılıb.  Tarix boyu milli-mənəvi dəyərlərimizi qoruyan gürcüstanlı soydaşlarımızdan danışan Yaqub Mahmudov bildirdi ki, dəlillər və tarixi abidələr  bir daha sübut edir ki, o, torpaqlarda soydaşlarımız bu bölgənin aborigen əhalisi olmuşdur. Tarixçi-alim Kərəm Məmmədov isə çıxışında milli-mənəvi dəyərlərin köklərini  geniş şəkildə təhlil etdi.

 

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdüri Firdovsiyə Əhmədova əvvəlcə Gürcüstanda yaşamış tarixi şəxsiyyətlərin fəaliyyətindən, tarixi abidələrdən, onların necə qorunmasından  ətraflı danışdı. Firdovsiyə xanım bildirdi ki, əgər biz  milli-mənəvi dəyərlərimizi qorumaq, yaşatmaq istəyirksə ilk növbədə Gürcüstanda yaşayıb-yaratmış, fəaliyyət göstərmiş siyasi xadimləri, alimləri, ədibləri, digər yaradıcı adamları yaşatmalıyıq, onların yaşadıqları yurdlarını, evlərini, fəaliyyət göstərdikləri tarixi binalarını qorumalı və nəsildən-nəsilə yaşatmalıyıq.Tiflis şəhərində dünyaya gələn, xaricdə təhsil almış  Azərbaycanın tanınmış siyasi xadimi Nəriman Nərimanovun ata yurdunun zəbt olunmasından, onun üçün yaradılan ev-muzeyinin tam başa çatdırılmamasından, dramaturgiyanın banisi olan Mirzə Fətəli Axundovun ev-muzeyinin bərbad gündə olmasından, soydaşlarımıza məxsus digər tarixi binaların dağıdılmasından narahatlığını bildirdi.F.Əhmədova bütün bunların mill-mənəvi dəyərlərin məhv olunması istqamətində Gürcüstanda soydaşlarımızı istəməyən anti Azərbaycan qüvvələrinin düşünülmüş növbəti tədbirləri olduğunu vurğuladı.

Milli birlik mənbəyimiz olan milli dəyərlərimizin, mənəviyyatımızın inkişafında böyük rolu olmuş gürcüstanlı soydaşlarımızın zəngin mədəniyyətlərinin bir daha xatırlanması, borçalıların özünüdərk hissinin bir daha önə çəkilməsi, xüsusilə Azərbaycanın və Gürcüstanın müstəqilliklərinin əldə olunmasında, bu böyük Tanrı nemətinin qorunmasında və inkişaf etdirilməsində Borçalının müxtəlif mədəniyyət, siyasət, hətta idman xadimlərinin əməyi bir daha vurğulanmışdır."Borçalı” İctimai Birliyinin elm,təhsil və mədəniyyət üzrə sədr müavini yazıçı-publisist Şərif Kərimli idmanın da mədəniyyətin bir hissəsi olduğunu demiş və borçalıların Azərbaycan idmanına verdikləri dünya miqyaslı töhfələrdən bəhs etmişdir.

"Azərbaycan sirk mədəniyyətinin inkişafında, yeni forma və məzmun kəsb etməsində XX əsrin idman tarixində 60 ilnə xalça üzərində, nə də sirk manejlərində arxası əsla yerə dəyməyən Gürcüstanın Borçalı mahalının Gorarxı (Alget) kəndində anadan olmuşyenilməz pəhləvan, "Qafqaz Şiri” təxəllüslü Azərbaycanın xalq artisti Rəşid Pəhləvanın (1900-1982) misilsiz xidmətləri olmuşdur.

Özlərini Rəşid Pəhləvanın mənəvi övladları sayan milli güləş ustalarımız Borçalı balası Müsəllim Həkimovun, Azərbaycanın ən güclü pəhləvanlarından biri olmuş mərhum qubalı Əli Abdulhüseynovun, şəkili pəhləvan mərhum Gəray Löymanovun, Borçalıdan Söhrab Saraclının və başqalarının yetirmələri bu gün az da olsa müxtəlif tədbirlərdə görünürlər.

Böyük sənətkarın ana vətənindən pərvazlanan və onun qələbələrindən ilham alaraq adını Azərbaycanın şanlı idman tarixinə yazdıran sərbəst güləş üzrə ilk azərbaycanlı Olimpiya çempionu, 1988-ci il Seul Olimpiadasının qalibi Kamandar Məcidov (yeri gəlmişkən deyim: Kamandarın təhsil aldığı Başkeçidin Hamamlı kəndindəki məktəb indi onun adını daşıyır), klassik güləş üzrə 2004-cü il Afina Olimpiadasının çempionu Fərid Mansurov, neçə-neçə dünya və Avropa çempionları, o cümlədən bu gün bizimlə bu tədbirdə iştirak edən sərbəst güləş üzrə SSRİ idman ustası, bir sıra mötəbər ölkə və beynəlxalq yarışların qalibi, tələbələr arasında SSRİ çempionu İsmayıl Həkimov və onlarla idman cəngavərlərimizlə təkcə Borçalılar deyil, bütövlükdə Azərbaycan xalqının fəxr etməyə mənəvi haqqı var.”

 Daha sonra tədbirdə Pedoqoji universitetin  dosenti Razim Məmmədli, politoloq Natiq Miri, "Birlik” jurnalının baş redaktoru İlqar İlkin , şairə  Səadət Buta,"Borçalı” İctimai Birliyinin İdarə Heyətinin üzvləri Asif Ozan, Sərkərdə Sərxanoglu, Dəyanət Osmanlı, Azadə Abbasqızı və  başqaları mövzu ətrafında  çıxış edərək və təkliflərini irəli sürdülər. 

 Tədbirdə eyni zamanda Dünya Qarapapaq Türkləri Birliyinin baş katibi Səlahəddin Turan və Gürcüstanda fəaliyyət göstərən "Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin sədri Maya xanım Rəcəbova, pedaqoq-şair Oqtay Rza tədbirdə iştirak ediblər. Səlahəddin bəy türk dünyası adından tədbir iştirakçılarını, Borçalıda yaşayan soydaşlarımızı, bütün Azərbaycan xalqını salamlayaraq  sayğılarını bildirdi və eyni zamanda İctimai Birliyin fəaliyyətinə uğurlar arzuladı.

 

"Borçalı” İctimai Birliyinin Mətbuat xidməti

 

“Borçalı” İctimai Birliyi tədbir keçirib- Milli-mənəvi dəyərləri qorumaq hamının müqəddəs borcudur

 

“Borçalı” İctimai Birliyi tədbir keçirib- Milli-mənəvi dəyərləri qorumaq hamının müqəddəs borcudur

 

“Borçalı” İctimai Birliyi tədbir keçirib- Milli-mənəvi dəyərləri qorumaq hamının müqəddəs borcudur

 

“Borçalı” İctimai Birliyi tədbir keçirib- Milli-mənəvi dəyərləri qorumaq hamının müqəddəs borcudur

 

“Borçalı” İctimai Birliyi tədbir keçirib- Milli-mənəvi dəyərləri qorumaq hamının müqəddəs borcudur

 

“Borçalı” İctimai Birliyi tədbir keçirib- Milli-mənəvi dəyərləri qorumaq hamının müqəddəs borcudur

 


 



Oxşar Xəbərlər

Xəbər lenti