Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Vəkil qeyd edib ki, ötən ilin sonunda Azərbaycan Beynəlxalq Bankı müddətli dollar əmanətləri üzrə faiz dərəcəsini birtərəfli qaydada 2 faizə endirib: "Bank bunu şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, o cümlədən devalvasiya və maliyyə vəziyyətinin pisləşməsi ilə əsaslandırmağa çalışırdı. Gözdən pərdə asmaq üçün bank, hətta prezidentin "Azərbaycan Beynəlxalq Bankının dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” 15 iyul 2015-ci il tarixli Fərmanına da istinad edirdi. Guya prezidentin göstərişini yerinə yetirir. Halbuki, əslində sadəcə dövlət başçısının adından sui-istifadə edirdi və Fərmanda belə bir şey yoxdur. Mən elə o zaman bankın bu hərəkətini qanunsuz hesab etdim və əmanətçilərə məhkəməyə müraciət etməyi tövsiyə etdim”.
Ə.Həsənəvun sözlərinə görə, bankın heç bir halda məhkəmədən kənar qaydada müqavilə şərtini dəyişməyə hüququ yoxdur: "O da ola, fiziki şəxslə bağlanmış əmanət müqaviləsi üzrə faiz dərəcəsi. Mülki Məcəllənin 948.3-cü maddəsi bunu birbaşa qadağan edir. Maliyyə vəziyyətinin pisləşməsi haqda arqument də tam cəfəngiyatdır. Dövlətin yardımı nəticəsində bank ötən ili 806 mln. manat məbləğində xalis mənfəətlə başa vurub”.
Hüquqşünas deyib ki, minlərlə əmanətçidən yalnız 3 nəfər məsləhətimlə məhkəməyə iddia ərizəsi ilə müraciət edib: "Bunun özü də bir göstəricidir: bank və məhkəmə sistemlərinə etimad etməyən əmanətçilər mübarizənin əbəs olduğunu zənn edib sadəcə pullarını geri çəkdilər. Nəticədə bank sistemi itirdi”.
Vəkil bildirib ki, bu ilin mart ayında Nəsimi rayon Məhkəməsi bu şübhələri təsdiq etdi: "Amma iddialarımız rədd edildi. Həmin məhkəmədə proseslərin özü belə, etirazımıza baxmayaraq, qapalı keçirildi. Guya hansısa sirr açılmalı idi, amma açılmadı”.
Ə.Həsənov Nəsimi rayon Məhkəməsinin hər üç qətnaməsindən apellyasiya şikayəti verdiklərini vurğulayıb: "29 iyun tarixində Bakı Apellyasiya Məhkəməsi hakim Məmməd Məmmədovun sədrliyi ilə ilk apellyasiya şikayətimizi təmin edərək, Beynəlxalq Bankın əməlini qanunsuz hesab etdi. Bununla da ədalət bərpa olundu: bank fiziki şəxslə bağladığı əmanət müqaviləsi üzrə faiz dərəcəsini birtərəfli qaydada endirə bilməz”.