Dünən, 17:52
8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
Ötən gecə Dəməşq ətrafındakı "Mezze” hərbi aerodromunda dalbadal baş vermiş güclü partlayışlar Suriya paytaxtının gecəsini gündüzə çevirib. Virtualaz.org Yaxın Şərq KİV-lərinə istinadən xəbər verir ki, İsrail aviasiyasının endirdiyi təxmin edilən raket zərbələrinin ardınca hərbi aerodromun silah anbarında güclü yanğın başlayıb.
Livanın "Hizbullah”a bağlı "Əl-Mayadin” telekanalı zərbələrin İsrail aviasiyası tərəfindən endirildiyini bildirir. Məlumata görə Dəməşq ətrafındakı bəzi digər obyetlər də vurulub, Suriya Havadan Müdafiə Sistemləri işə düşüb.
Bununla belə rəsmi SANA agentliyi hərbi aerodroma raket zərbələrinin endirildiyi barədə məlumatları təsdiq etməyib. Agentlik aerodromun silah anbarında "qısa qapanma nəticəsində” yanğın başladığını bildirib. Lakin Suriya ətrafına raket zərbələrinin endirildiyini Rusiya hərbi qaynaqları da təsdiqləyir.
Londonda mənzillənmiş Suriya İnsan Haqları Müşahidə Qrupu partlayışlar nəticəsində xeyli ölən və yaralananların olduğunu bildirir. Sosial şəbəkələrdə hərbi bazada baş verən partlayışlara və yanğına dair görüntülər yayılıb. "İsrail hərbi təyyarələri Dəməşqin gecəsini gündüzə çevirdi”-istifadəçilərdən biri belə yazıb.
İsrail ordu komandanlığı isə bundan əvvəl olduğu imi yenə də Suriyaya endirilən zərbələr barədə şərh vermir. İsrail aviasiyası dəfələrlə Suriyada İran bazalarına və ya "Hizbullah" ın silah anbarlarına güclü zərbələr endirib.