300 minlik "Yaguar”ı sərxoş sürən Hacıyev kimdir? - RƏSMİ AÇIQLAMA

300 minlik "Yaguar”ı sərxoş sürən Hacıyev kimdir? - RƏSMİ AÇIQLAMA

 

Xəbər verdiyimiz kimi, DYP-nin keçirdiyi reyd zamanı kobud qayda pozuntusu etdiyi üçün Nobel prospektində saxlanılan "Yaguar” markalı avtomobilin sürücüsü Fərhad Hacıyevin yoxlama zamanı sərxoş vəziyyətdə sükan arxasında əyləşdiyi məlum olub. KİV-lərdə F.Hacıyevin AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin oğlu olduğu haqqında məlumat dərc edildi. Eldar Hacıyev isə açıqlamasında belə bir övladının olmadığını bildirdi.

Sual olunur Bakıda 300 minlik avtomobilini sərxoş vəziyətdə idarə edən Fərhad Hacıyev kimdir?

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov Unikal.org-a açıqlamasında bildirib ki, Fərhad Hacıyev Bakı şəhər sakinidir və o törətdiyi xətaya görə, qanunvericiliyin tələblərinə uyğun olaraq cəzalandırılıb.

V.Əsədov Fərhad Hacıyevin AZAL-ın vitse-prezidenti Eldar Hacıyevin oğlu olub-olmaması ilə bağlı yayılan məlumatlara da münasibət bildirib:

"Belə xətalar baş verən zaman sürücünün qohum-əqrabasının adının hallandırılmasını doğru hesab etmirəm. KİV-lərdə sözügedən hadisədə E.Hacıyevin adının hallandırılması dövlətə və dövlətçiliyə xidmət edən məmura qarşı soyuqqanlılıqdır. Belə fakt isə yoxdur. Ad, soyad uyğun gəlir deyə elə bilirlər ki, Eldar müəllimin oğludur. Əgər belə bir hadisəni Əsədov Əli Vaqif oğlu törədərsə deməli yazacaqlar ki, Vaqif Əsədovun oğludur? Düşünürəm ki, KİV-lər hər hansısa bir vəzifəli şəxsin adını hallandırmadan öncə müvafiq qurumlardan aydınlaşma aparmalı və sorğu etməlidir. Bu cür hal təsdiqini tapdıqdan sonra belə informasiyaların işıqlandırılması məqsədəuyğundur.

Təbii ki, 18 yaşdan yuxarı hər kəs özünə cavabdehdir. Əgər o adam sərbəst fiziki və hüquqi fəaliyyət göstərirsə, onun xətasına görə niyə başqası cavab verməlidir? Sadəcə öyrəşmişik ki, qanunu pozan adam filankəsin oğludur və o, tənqid olunmalıdır. Hər bir sürücü əməlinə görə özü cavab verməlidir. Sözügedən sürücü də xəta törətdiyi üçün qanunvericilik çərçivəsində cəzalandırılıb”.

Axı Azərbaycanda bahalı avtomobilləri məmur və onlara yaxın çevrələrin idarə etməsi ilə bağlı fikirlər formalaşıb sualına isə V.Əsədov belə cavab verib: "Mən belə deməzdim. İndiki dövrdə istənilən şəxs bankların hesabına kreditlə avtomobil əldə edə bilir. Bunu açıq danışaq da?”

Axı bir gənc kreditə götürdüyü 300 minlik avtomobilin ödənişini necə edə bilər ki? sualına isə DYP rəsmisi belə cavab verib: "İnanın ki, bu gün bizim Dubayda, xarici ölkələrdə yaşayan elə gənclərimiz var ki, maşallah olsun öz ağılları, bilik və bacarıqları ilə nüfuz sahibidir. Mən şəxsən tanıyıram ki, Dübay, Rusiya, Almaniyada fəaliyyət göstərən elə gənclərimiz var ki, onlar güclü maddi imkana malikdirlər. Onlar ağılları, zəkaları ilə bu imkanı əldə ediblər. Onlarla fəxr etməyə dəyər. Ona görə də, mən bir gəncin 300 mini hardan əldə edə bilməsinin də biraz əleyhinəyəm”.

Unikal.org 10 NG 800 dövlət nömrə nişanı ilə bağlı maraqlı fotolar əldə edib. Məlum olub ki, "10 NG 800” nömrəlsi bir neçə bahalı avtomobilin üzərində olub.

Həmin şəkilləridə sizlərə təqdim edirik:

v



Oxşar Xəbərlər

Xəbər lenti