Cahangir Hacıyevin məhkəməsi yekunlaşır...

Cahangir Hacıyevin məhkəməsi yekunlaşır...

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı ” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev və digər 7 şəxsin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Moderator.az xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda tərəflər son söz nitqi ilə çıxış ediblər.

"AqrarKredit" QSC-nin nümayəndəsi çıxış edərək şirkətdə vurulan ziyan üçün təqsirləndirilən şəxslərdən 7 milyon 624 min manat tutularaq ödənilməsini istəyib.

Bundan sonra C.Hacıyevin vəkili Fəxrəddin Mehdiyev çıxış edib. O, mübahisələndirilən məsələlərin mülki xarakterli olduğu üçün cinayət işinə xitam verilməsini və müvəkkili barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Məhkəmədə fasilə elan olunub.


Oxşar Xəbərlər

Xəbər lenti