"Qarabağ ermənilərə məzar olacaq" dedi - MƏHKƏMƏ CƏZALANDIRDI

"Qarabağ ermənilərə məzar olacaq" dedi - MƏHKƏMƏ CƏZALANDIRDI

 

Hollandiya məhkəməsi Niderland-Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkını 120 saatlıq məcburi işlə cəzalandırıb.

Bunun səbəbi İ.Aşkının mitinq zamanı "Qarabağ ermənilərə məzar olacaq" ifadəsini işlətməsi olub.

Ölkənin Zvolle şəhər Appelyasiya Məhkəməsi Türkiyə vətəndaşlarını ermənilərə qarşı nifrət və şiddət dolu fikirlərlə qızışdırdığını irəli sürərək yerli məhkəmə orqanının Aşkına kəsdiyi 120 saatlıq məcburi işləmək cəzasını təsdiqləyib.

Sozcu.info xəbər verir ki, Aşkın isə Türkiyə mətbutaına açıqlamasında bu cəzanın ləğvi üçün məhkəməyə baş vuracağını bildirib:

"Məhkəmədən də müsbət nəticə alamazsam Avropa İnsan Haqqları Məhkəməsinə (AİHM) müraciət edəcəyəm”.

Aşkın mitinqdə səsləndirdiyi ifadənin Qarabağı işğal edən, hələ də orada olub, həmin ərazini idarə edənlərə qarşı olduğunu qeyd edib: "Bizim problemimiz Qarabağdakı işğalçı güçlərə qarşıdır”.

Xatırladaq ki, İlhan Aşkın Hollandiyanın Almelo şəhərində 2014-cü ildə erməni kilsəsinin bağında tikilən sözdə "erməni soyqırımı” abidəsini boykot edən zaman çıxışında "Qarabağ ermənilərə məzar olacaq" ifadəsini işlətmişdi.



Oxşar Xəbərlər

Xəbər lenti