1%-lik nağdlaşdırma vergisi ləğv olundu - Ali Məhkəmədən ŞOK QƏRAR

1%-lik nağdlaşdırma vergisi ləğv olundu - Ali Məhkəmədən ŞOK QƏRAR

 

Tanınmış hüquqşünas, banklar üzrə ekspert Əkrəm Həsənov 1%-lik nağdlaşdırma vergisinin qanunsuzluğunun tanınması uğrunda məhkəmə çəkişmələri haqda məlumat verib.

Sozcu.info  xəbər verir ki, Ə.Həsənovun sözlərinə görə, 1%-lik nağdlaşdırma vergisinin tutulması absurddur. O, bildirib ki, tutulan verginin qaytarılması üzrə Vergilər Nazirliyinə qarşı iddiaya ötən ilin əvvəlindən başlayıb.

"Xatırladıram ki, ötən il 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, ardınca isə Bakı Apellyasiya Məhkəməsi iddiamı mümkünsüz hesab etmişdi. Lakin Ali Məhkəmə (hakim Nigar Rəsulbəyovanın sədrliyi ilə) mümkünsüzlük haqda qərardadı ləğv edərək işi Bakı Apellyasiya Məhkəməsinə qaytarmışdı. Sonuncu isə işi yenidən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərmişdi. Bu ilin mart ayında isə həmin məhkəmənin hakimi Şərafət Məmmədova iddiamı təmin etmiş və sözügedən vergini qanunsuz hesab edərək qaytarılması haqda qərar qəbul emişdi.

Gözlənildiyi kimi, Vergilər Nazirliyi qərardan apellyasiya şikayəti vermişdi. Bakı Apellyasiya Məhkəməsi isə şikayətə mahiyəti üzrə baxmaq əvəzinə, iddianı yenidən mümkünsüz hesab etmişdi. Lakin bu günlərdə Ali Məhkəmə hakim Sevda Hüseynovanın sədrliyi ilə mümkünsüzlük qərardadını ləğv etdi və işi yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytardı”.

Ə.Həsənov deyib ki, mübarizə yenə davam edir və Vergilər Nazirliyi onun xeyrinə çıxarılmış qərarı mahiyyəti üzrə mübahisələndirməyə məcburdur.

"Bu işdə Ali Məhkəmənin rolunu xüsusilə qeyd etmək istəyirəm. İkinci dəfədir ki, bu iddianın mümkünsüz hesab edilməsinin qarşısını alır və bununla da hüquq sistemimizdə qanunsuz ənənənin yaranmasına mane olur.

Ölkə tariximizdə verginin özünün qanunsuzluğu uğrunda mübarizə təcrübəsi indiyədək olmayıb. Bu ilkdir. Vətəndaşın verginin qanunsuzluğu uğrunda mübarizə aparmağa hüququ var. Qərb demokratiyası, vətəndaş cəmiyyəti və hüquqi dövləti məhz bu mübarizə nəticəsindən hazırkı səviyyəyə gəlib çatıb. Bu səbəbdən işin yekun nəticəsindən asılı olmayaraq, bu məhkəmə prosesinin mövcudluğu belə müsbət haldır və məhz buna görə də bəziləri var güclə prosesin özünün qarşısını almaq istəyir. Həmçinin ona görə ki, cari proses bu cür qanunlar yazanların savadsızlığını çılpaqlığı ilə göstərir. Eyni zamanda, xanım hakimlərimizin (Nigar Rəsulbəyova, Şərafət Məmmədova və Sevda Hüseynova) ədalətli mövqeyini vurğulalamaq istəyirəm. Məhz bu xanımlar iş üzrə xeyrimə (son nəticədə isə nağdlaşdırma vergisinin qanunsuzluğunun tanınması istiqamətində) qərarlar vermişlər!”, - deyə hüquqşünas bildirib.



Oxşar Xəbərlər

Xəbər lenti