“Biz Gürcüstan əhalisinin verdiyi səviyyədə səs vermişik” - Gürcüstan Azərbaycanlıları Konresinin sədri

“Biz Gürcüstan əhalisinin verdiyi səviyyədə səs vermişik” - Gürcüstan Azərbaycanlıları Konresinin sədri

 

Hüseyn Yusubov: "Heç kimin haqqı yoxdur ki, bu xalqı ittiham etsin”

"Abxaziya dəmir yolunu açmağa cəhd edən şəxslər qarşılarında azərbayanlıları görəcəklər”

Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda hakim "Gürcü arzusu” Partiyasının dəstəklədiyi Salome Zurabişvilinin qalib gəlməsi Gürcüstanda siyasi ab-havanın qzışımasına səbəb oldu. Çünki müxalifət S.Zurabişvilinin saxta yollarla prezident seçildiyni iddia edir. Odur ki, dekabrın 2-də birləşmiş müxalifət qüvvələri Tiflisin küçələrinə çıxaraq, Salome Zurabişvilini prezident kimi tanımadıqlarını bildirib və növbədənkənar parlament seçkiləri keçirilməsini tələb ediblər.

Aksiyada çıxış edən birləşmiş müxalifətin prezident seçkisindəki namizədi Qriqol Vaşadze bildirib ki, iqtidar xalqın iradəsinin əksinə seçkini saxtalaşdırmaqla, demokratik prosesə ağır zərbə vurub. O, seçki prosesi zamanı baş verən saxtakarlıqlardan danışaraq "Gürcü Arzusu” Partiyasını ölkənin müstəqilliyinə ciddi təhdid adlandırıb. Vaşadze bildirib ki, ölkədəki durumu dəyişmək, Gürüstanda sivil düzənə qaytarmaq üçün qısa zamanda parlament seçkisi keçirilməlidir.

Aksiyaya Hollandiyadan canlı qoşulan eks-prezident Mixail Saakaşvili isə seçki saxtalarlığı üçün bütün məsuliyyətin Bdzina İvanişvilinin üzərində olduğunu deyib. O bildirib ki, İvanişvili Gürcüstanda törətdiyi cinayətlərə görə ədalət məhkəməsindən yaxasını qurtara bilməyəcəyi üçün seçkinin azad və ədalətli keçirilməsinə mane olub. Saakaşvili partiya mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları kütləvi aksiyalara dəstək verməyə çağırıb. Eks-prezident bildirib ki, ölkə çox həlledici mərhələyə qədəm qoyub - ya avtoritarizm möhkəmlənəcək, ya da xalq qalib gələcək.

Diqqəti çəkən məqam odur ki, Gücüstan prezidenti elan olunmuş S.Zurabişvilinin əksəriyyət prezident seçiləcəyini ehtimall etmədiyi halda, o, Gürcustan prezidenti seçildi. Görəsən, ehtimallar niyə özünü doğrultmadı? Bu və digər suallara cavab almaq məqsədilə Gürcüstan Azərbaycanlıları Konresinin sədri Hüseyn Yusubovla söhbətləşdik:

- Yadınızdadırsa, biz birinci turun nəticələrini birlikdə analiz etmişdik. Belə dəyərləndirmişdik ki, starta bir nöqtədən çıxırlar. Həmin günlərdə ölkədə siyasi ab-hava da bu cür idi ki, hökumət partiyasını yalnız bir möcüzə xilas edə bilər. Amma burada fakt ortada idi ki, seçicilərin yarısı seçkiyə çıxmamışdı. Sanki seçkinin taleyini həll edən şəxslər seçkiyə çıxmayanlar idi. Hökumət burada möcüzəyə yaxın bir şeyi etməyi bacardı ki, banklarda 600 min nəfərə qədər "qara siyahı”ya düşən adamın borcunu ödəməyi üzərinə götürdü. Bu da seçkilərin nəticəsində özünü göstərdi. Hökumətin namizədinin təxminən 500 minə qədər səsi artdı.

Amma bunu da qeyd etmək lazımdır ki, seçkidən sonra ATƏT-in müşahidəçi qrupunun seçkiyə verdiyi qiymət ən aşağı qiymət oldu. Yəni seçkidə çox böyük qanun pozuntuları, nələr, nələr oldu. Hələ seçki qabağı kompaniyada İctimai kanal həm iqtidara, həm də müxalifətə eyni şərait yaratmalıydı, yaratmadı. ATƏT-in müşahidəçi qrupu bütün hamısını vurğuladı ki, seçkilərdə səsi pullarla satınalmalar oldu.

- Dekabrın 2-də Tiflisdə aksiyalar keçirildi və növbədənkənar seçkilər tələb olundu. Bundan sonra Gürcüstanda siyasi vəziyyət gərginləşə bilərmi? Sizin proqnozunuz nədən ibarətdir, ölkədə qarşıdurma gözlənilirmi?

-Birincisi, birləmiş müxalifət hər dəfə vurğulayır ki, keçiriləcək aksiyalar Konstitusiya və qanunlar çərçivəsində baş verəcək. Yəni inqilab filan gözlənilmir. Amma qoyulan tələblər maraqlı tələblərdir. Qoyulan tələblərinin biri budur ki, müxalifət xanım Zurabişvilinin prezident seçilməsini tanımır. Amma burada bir maraqlı nüans var ki, müxalifətin kanalı kimi tanınan "Rustavi-2” kanalının keçirdiyi exit-polun nəticəsinə görə, Zurabişvli 55%, Vaşadze 45% səs toplayıb. Yəni bu rəqəmləri açıqlayan partiya da onun seçilməsini tanımır. Amma tanımamaqla bərabər, bu tələbi irəli sürüblər ki, ikinci toplantıları da dekabrın 16-da, yəni inauqurasiya günü olacaq. İnauqurasiya adətən bizdə Rustaveli prospektində olur. Bu, ikisinin eyni yerdə eyni günə təsadüf etməsində müəyyən bir qanqaraçılıq ola bilər. Amma müxalifət onu da təklif etdi ki, hər iki tərəfdən 5 nəfərlik işçi qrupu oturub, 16-na qədər təklifləri müzakirə etsinlər. Təkliflər bundan ibarətdir ki, növbədənkənar parlament seçkisi çağırılsın və parlament seçkisi çağırılana qədər də parlament seçki qanunvericiliyinə dəyişiklik olunsun. Bizim Konstitusiyaya görə, 150 parlament deputatının yarısı majoritar, yarısı proporsiya yolu ilə seçilir. İndi müxalifətin, hətta orada iştirak etməyən müxalfətin də tələbi budur. Məsələn, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri olaraq mənim üçün bu təkliflər maraqlıdır ki, proporsiya olsun. Və proprosiya da regional proporsiyalar olsun. Regional proporsiyalar olarsa, mən bunu çox böyük sevinclə qarşılayaradım. Vəziyyət bu cürdür.

- Sizin də qeyd etdiyiniz ki, müxalifət dekabrın 16-na qədər işçi qrupu yaradaraq növbədənəkənar parlament seçkilərinin keçirilməsini tələb edir. Sizcə, mövcud iqtidar bu tələbə əhəmiyyət verəcək?

- İqtidarın tələbin ikinci hissəsi ilə bağlı müəyyən reaksiyaları oldu. Parlament sədri qanunun dəyişməsi, proporsional seçkinin keçirilməsi ilə bağlı çıxış etdi, amma növbədənkənar seçkilər haqqında danışmadı. Yəni prosesə çox soyuq yanaşdılar.

- Belə fikirlər var ki, azərbaycanlılar bu seçkidə Vaşadzeni dəstəklədi. Necə bilirsiniz, hakimiyyət bundan istifadə edib, soydaşlarmıza qarşı təzyiq mexanizmini artıra bilər?

- Mən elə bu məsələyə toxumaq istəyirdim. Sosial mediada və bəzi mətbuat orqanlarında bu məsələ çox arzuolunmayan məcralarda və reallıqdan kənar vəziyyədə müzakirə olunur. Mən bununla bağlı öz fikirlərimi bildirmək istəyirəm. Gürcüstanda Şevardnadze dövründə azərbaycanlılara qarşı müəyyən ağır ifadələr istifadə olunurdu. Azərbaycanlılar yaşayan bölgələrdə seçkilərdə iştirakı 97/98% müşahidə olunurdu. Buna görə azərbaycanlılar ittiham olunurdu. Bunu deyə-deyə o dərəcəyə gətirdilər ki, azərbaycanlıların seçkilərdə iştirakı 32%-ə düşdü. Azərbaycanlılar həmişə iqtidarın yanında olardı. Bəzən də reallıqdan aralı düşdüyümüz görünərdi ki, ölkənin nəbzini düzgün tuta bilməmişik, atmosferi dəyərləndirə bilməmişik. Yəni bütün Gürcüstan əhalisi "x” partiyasına qarşı səs verəndə biz burada iqtidar partiyasını dəstəkləmişik. Belə hallar var idi. Amma indi mənim ən çox bəyəndiyim məqamlardan biri budur ki, ölkədə də, Marneulidə də 16% fərq var. Yəni Salome Zurabişvli ilə Vaşadze arasında ümumi Gürcüstan üzrə də, Marneuli üzrə də 16% fərq var. Biz orta Gürcüstan səviyyəsində səs vermişik. Yəni Gürcüstan əhalisinin verdiyi səviyyədə səs vermişik. Xalq istər müxalifətə, istərsə də iqtidara səs verər. Ona görə, heç kimin haqqı yoxdur ki, xalqı bununla bağlı ittiham etsin ki, o partiyaya, bu partiyaya səs verib. Hər kəsin öz hüquqü var, kim haraya istəyir, oraya da səs verir, o səsin də sahibidir. Heç kimin haqqı yoxdur ki, bu xalqı ittiham etsin.

- Salome Zurabişvilinin dolayısı ilə Rusiyaya bağlı olduğu iddia edilir. Onun prezidentliyi dönəmində Gürcüstan Qərbdən üz döndərib, Rusiya ilə yaxınlaşa bilərmi?

- Siz ən maraqlı məsələyə toxundunuz. Mən keçən dəfə də dedim, prezidentin kim seçilməsindən asılı olmayaraq, prezident Gürcüstanın nə iqtisadiyyatında, nə diplomatiyasında, nə daxili, nə də xarici siyasətində heç nəyi dəyişə bilmir. Çünki prezidentin nə o hüququ, nə də səlahiyyəti var. Prezident ancaq orden, medal verə və əfv edə bilir. Prezidentin səlahiyyətləri bu qədər bəsitdir. Marqvelaşvilinin prezidentliyi dönəmində o, eyni zamanda Prezident Yanında Təhlükəsizlik Şurasının sədri idi. Artıq Konstitusiyanın bu maddəsi də fəaliyyətə başladı ki, prezident yanında o da ola bilməz. Yəni prezident yanında o şura da yoxdur. Onun səlahiyyətləri baş nazirə keçəcək. Prezidentin səlahiyyətləri bu qədər bəsit olduğu halda, prezident seçkisi bu qədər dramatikləşdirildi. Maraqlıdır ki, niyə bu qədər dramatikləşdirildi? Baxırsan, yenə də istəyirlər ki, azərabycanlılar yaşayan bölgələrlə bağlı arzuolunmayan söhbətlər, müəyyən ittihamlar çıxartsınlar. Ona görə də biləsiniz ki, prezidentin heç bir sahə ilə bağlı islahat keçirməyə hüququ yoxdur.

- Müxalifət sivil yolla mübarizə aparcağını, inqilab etmək istəmədiyini deyir. İqtidar isə müxalifətin əsas tələblərini qəbul etmək istəmir. Bütün bunlar inqilaba gətirib çıxara bilərmi?

- İnqilab arzuolunan hal deyil. Biz həmişə onunla fəxr etmişik ki, Gürcüstanda tam demokratik seçkilər keçirilir. Ancaq bu seçkiyə verilən qiymətlər Gürcüstan vətəndaşı olaraq məni də ağrıtdı və biz də ümidvar olmaq istəyirik ki, bundan sonra olacaq seçkilərdə ən gözəl, demokratik seçkilər keçiriləcək.

- Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze deyib ki, Milli Hərəkatın ölkədə sabitliyi pozmaq üçün kifayət qədər resursu yoxdur. Bu haqda siz hansı fikirdəsiniz...

- Mən o sualı tərsinə verərdim ki, müxalifətin sabitliyi pozmaq planı varmı? Gərək, plan olsun, sonra resurs olsun. Çünki Milli Hərəkat Partiyasının bütün liderləri mövqelərini elan etdilər ki, onlar yalnız Konstitusiya, qanun çərçivəsində aksiya keçirəcəklər. İkincisi də mən inanmıram ki, indi t Gürcüstanda sosial-iqtisadi və digər baxımdan inqilab etsinlər. Burada inqilaba ehtiyac qalmır.

2012-ci ildən bəri seçkilərin hamısında müxalifət partiyaları çox cüzi, 3-5 faiz səs alırdılar. Amma bu seçki resurs baxımından 2012-cil ildəki nəticəyə gəldi çıxdı. 2012-ci il seçkisinin nəticəsində bu cür, 40%-lə 60% olmuşdu. İndi isə 58% və 42% oldu. Bu da nəyinsə göstəricisi, başlanğıcı ola bilər.

- Keçmiş baş nazir David Bakradze "Gürcü Arzusu”nun seçki prosesində kriminal dünya ilə sıx əməkdaşlıq etdiyini, onların açıq şəkildə prosesə müdaxilə etdiklərini, müxalifətçilərə basqı göstərdiklərini, səsverməyə gedənləri hədələdiklərini, qorxutduqlarını deyib. Bundan sonra isə Gürcüstan demokratiyasının təhlükədə olduğunu vurğulayıb...

- Keçmiş parlament sədri David Bakradze mənim hörmət etdiyim şəxsdir. Amma bu faktı bizim yaşadığımız bölgə ilə bağlı mən təsdiqləyə bilmərəm. Çünki görməmişəm, müşahidə etməmişəm. Nə də şəxsən mən elə bir məlumat almamışam.

- 28 noyabr seçkisi Gürcüstan demokratiyasının geriyə addımı kimi qiymətləndirilir. Bundan sonra, parlament seçkiləri keçiriləcəyi halda demokratik seçki gözləmək olarmı?

- Bayaq vurğuladıq ki, Gürcüstanda bu seçkini ATƏT-in müşahidəçilər qrupu da bəyənmədi. Arxasında da bütün müxalifət partiyaları mitinqə qoşuldu. Hansılar ki, Saakaşvilinin partiyasının arxasında 10 müxalifət partiyası qoşulmuşdu. Onlar da mitinqlərə çıxdılar. Hansılar ki, ikinc turda Milli Hərəkatı dəsətəklədilər, lakin mitinqə çıxmayacaqlarını demişdi, onlar da məhz demokratiya tələbi ilə mitinqlərə qoşuldular. Yəni ki, bütün müxalifət partiyaları demokratiya tələbi ilə mitinqə qoşulmuşdu. Yalnız Gürcüstan Patriotlar Alyansı mitinqə qoşulmamışdı. Hansı ki, onlar seçikilərdə anti-türk, anti-islam mövqeyindən çıxış edirdilər.

- Azərbaycanda Rusiyanı Ermənistanla birləşdirən Abxaziya dəmir yolunun açılması və düşmən ölkənin blokada rejiminin yumşaldılması ilə bağlı S.Zurabişvilinin addım ata biləcəyi yönündə ehtimallar səslənir. Sizcə, Salome Zurabişvilinin bu addımı atmaq ehtimalı yüksəkdir?

- Kim olur-olsun, ilk növbədə, o addımı atmağa cəhd edən şəxslər öz qarşılarında buradakı azərbayanlıları görəcəklər. Çünki Gürcüstanda yaşayan azərbaycanlılar üçün maraqlı olan iki nöqtə var: onlardan biri Abxaziya, digəri Dağlıq Qarabağdır. Azərbaycan dövləti bizim üçün milli dövlətdir, Gürcüstan bizim vətənimizdir. Həmin proyekt hər ikisinin bir hissəsinin qopardılmasının daha da uzaqlaşdırılmasına xidmət edəcək. Bu proyekt açılarsa, həm Abxaziyanı, həm Ermənistan üzərindən Qarabağı, ümumiyyətlə, Ermənistanı blokadadan çıxarmış olur. Biz də buna qarşıyıq. Mən bir daha təkrar edirəm, Zurabişvilinin və yaxud prezident kim olur-olsun, onun hər hansı bir proyektin açılmasına icazə vermək hüququ yoxdur. Proyekt verməyə belə onun haqqı yoxdur. Hər hansı qanuna belə əlavə təklif vermək qanunla təsbit olunmayıb. Prezidentə hər hansı bir qanuna, reformaya təklif vermək Gürcüstan qanunlarında nəzərdə tutulmayıb.

- Bildiyimiz kimi ayın 16-da prezident elan olunmuş Salome Zurabişvilinin inauqurasiya mərasimi olacaq. Müxalif deputat Azər Suleymanov müxalfətin adından deyib ki, on minlərlə insan onun and içməsinə imkan verməyəcək. 16-na qədər mitinq keçirəcəyik. Sizcə, Zurabişvilinin inauqurasiya mərasimi baş tutacaq?

- Bir yerli təsisat olaraq bizim arzumuz budur ki, ölkədə ciddi qarışdırma olmasın. Tərəflərin işçi qrupları anlaşmaya gəlsələr, daha gözəl olar. Ümidvarıq ki, qarşıdurma olmaz və insan qanı tökülməz. Mən bu qədər səlahiyyətsiz bir prezidentin inauqurasiyasının parad şəklində keçirilməsini də doğru hesab etmirəm. Qapalı bir yerdə, parlament binasında keçirsələr, daha doğru olar. Bəli, inauqurasiya mərasimi baş tutacaq.


 



Oxşar Xəbərlər

Xəbər lenti