8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Lerikin deputatı İqbal Məmmədovun oğlu 31 dekabrda "Relax” istirahət mərkəzində dava salıb.
Sozcu.info xəbər verir ki, bu barədə məlumatı AzToday.az saytı yayıb.
Sayt bildirib ki, hadisə şahidlərinin verdikləri məlumata görə, deputatın oğlu bayram günlərində tətil etmək məqsədilə "Relax”da olub və orada istirahət edən iki iranlı ilə dalaşıb. Deputatın oğlunun "butulka” ilə iranlının birinin başına zərbə endirdiyi, digərini isə möhkəmcə döydüyü idda olunur.
Deputat İqbal Məmmədov isə AzToday.az-a açıqlamasında məlumatı təkzib edib.
O bildirib ki, bayram günlərində özü də "Relax”da olub və məlumat həqiqətəuyğun deyil: "Mən özüm də orada olmuşam, ailəvi bayramı rayonda qeyd etmişik. Oğlum heç kəslə dalaşmayıb və deyilənlər yalandır”.
”Relax” Lənkəran-Lerik yolunun 33-cü km-də yerləşir. İstirahət mərkəzi ilin bütün fəsillərində yerli və xarici turistlərə xidmət göstərir.
İqbal Məmmədov 2010-cu ilin noyabrında IV çağırış Milli Məclisə keçirilən seçkilərdə 78 saylı Lerik seçki dairəsindən deputat seçilib.
2015-ci il Azərbaycan Respublikası Milli Məclis(V çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, yenidən 78 saylı Lerik seçki dairəsindən millət vəkili olaraq seçilib.