8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Azərbaycanın Güneyindən olan tanınmış şairə və yazıçı Məhsa Əbdüləlizadə 28 yaşında dünyasını dəyişib.
Sozcu.info xəbər verir ki, gənc şairənin yaxınlarının dediyinə görə, o, 3 ay əvvəl qazdan zəhərlənmə səbəbi ilə komaya düşüb.
1991-cı ildə dünyaya göz açan Məhsa Əbdüləlizadə Azərbaycanın Güneyinin Meşginşəhr (Xiyav) şəhərində yaşayıb. Onun Azərbaycan türkcəsində bir neçə əsəri var.
Məhsa Əbdüləlizadə türk dili və ədəbiyyatı sahəsində tanınmış mədəni fəallardan biri olub.
Allah rəhmət eləsin.