7-07-2026, 21:32
7-07-2026, 01:18
26-06-2026, 21:14
23-06-2026, 12:29
23-06-2026, 00:52
Goranboy rayonunda yol qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Goranboy-Naftalan avtomobil yolunda qeydə alınıb.
Belə ki, "VAZ-21011" markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində Yevlax rayon sakini, 1965-ci il təvəllüdlü Arzu Vəli oğlu Məmmədov hadisə yerində ölüb, Goranboy rayonunun Nərimanlı kənd sakini, 1983-cü il təvəllüdlü Abbasov Arzu Qabil oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.