8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Bakıda 15 yaşlı qızın döyülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Noyabrın 18-i gecə saatlarında Binəqədi rayonu, 1-ci mədəndə 2004-cü il təvəllüdlü Ə.Z döyülüb.
Qızın anası Samirə Əliyeva Oxu.Az-a bildirib ki, Z.Ə-nı "Lələ” ləqəbli 28-30 yaşlı kişi döyüb:
"Qızım dəfələrlə deyirdi ki, "Lələ” mənə küçədə pis sözlər deyir. Uşaq bilib keçirdim. Bacısı xəstə olduğu üçün qızımı aptekə göndərdim. Bir də baxdım ki, küçədə səs-küy düşüb. Uşaq ağlaya-ağlaya evə qaçıb”.
S.Əliyeva iddia edir ki, onun qızını zorlamaq istəyiblər:
"Qızımın başını divara vurub. Onu aparıb zorlamaq istəyib. Qız ona müqavimət göstərəndə elə onun öz belindəki bıçağı götürərək qarnına soxub. Bundan sonra qızımdan əl çəkib”.
S.Əliyeva deyir ki, qızı hafizəsini itirib.
Qeyd edək ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə Z.Ə-yə alın nahiyəsinin yumşaq toxumalarının əzilməsi diaqnozu qoyulub. Hazırda həkim nəzarətində müalicə alan Z.Əliyevanın vəziyyəti normaldır.
Faktla bağlı araşdırma aparılır.