Avstriyanı şoka salan cinayət: azərbaycanlı ər-arvad 7 yaşlı çeçen qızın qətlində şübhəli bilinir

 

Qadının 17 yaşlı oğlu Rüstəm bacısının yoxa çıxdığını birinci görüb. Ailə binanın birinci mərtəbəsində yaşayır və bu səbəbdən həyətdə oynayan uşaqlarına nəzarət edə bilirdilər. "Mən kiçik bacılarım və qardaşlarım üçün yemək hazırladım, birlikdə nahar elədik. Saat 3 radələrində onlar küçədə oynamağa icazə istədilər, mən də icazə verdim”-o deyir.

Rüstəm bildirir ki, bacısı tez-tez pəncərəyə qaçıb ondan su istəyirdi. "Görəndə ki, xeyli vaxtdı gəlmir, başladım axtarmağa. Qonşu həyətləri də axtardıq, bütün mənzillərin qapısını döydük, heç yerdə tapa bilmədik”-o deyir.

Qızın axtarışlarına polis qoşulub, qonşu həyətlər, evlərin damları axtarılıb. Bir neçə saatlıq axtarışlar nəticə verməyib, polislər səhər tezdən it gətirmək üçün gediblər. Səhər saat 08.30 radələrində həyətə zibildaşıyan maşın gəlib, polis kommunal xidmət işçisinə tapşırıb ki, zibil yeşiklərinə bir daha baxmaq üçün gözləsin. Bir-iki dəqiqədən sonra işçilərdən biri qızın politelen paketə bükülmüş cəsədi ilə rastlaşıb. Ekspertiza göstərib ki, uşaq kürəyindən bıçaqlanıb öldürülüb, seksual zorakılığa məruz qalmayıb.

Hazırda Avstriyanın müxtəlif yerlərindən yüzlərlə çeçen matəm geyimində qızın yaşadığı evə baş çəkir, onun anasına təskinlik verməyə çalışır.



Oxşar Xəbərlər

Xəbər lenti