“Bahar qalxanı” əməliyyatı:Türkiyə daha iki şəhid verdi - 6 yaralı var

“Bahar qalxanı” əməliyyatı:Türkiyə daha iki şəhid verdi

 

Türk Silahlı Qüvvələrinin Suriyanın şimalında İdlib bölgəsində həyata keçirdiyi "Bahar qalxanı” əməliyyatı zamanı türk əsgərlərdən ikisi həlak olub, altısı yaralanıb.

Sozcu.info xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlama yayıb.

Qeyd edilib ki, hazırda bölgədə qarşı tərəfə aid müəyyən edilən hədəflər vurulur.

Bildirilib ki, əməliyyatlar başladığı gündən indiyədək Suriya tərəfinə aid 3 təyyarə, 8 helikopter, 151 tank, 24 maşın olmaqla bir çox hərbi texnika məhv edilib.



Oxşar Xəbərlər

Xəbər lenti