Suriya ordusu Afrinə daxil olmağa hazırlaşır

 

Yaxın saatlarda Suriya xalq qüvvələri dəstələri Afrində Türkiyə Hərbi Qüvvələrinin əməliyyatlarına qarşı şəhərə daxil olacaqlar.

Suriyanın "SANA" agentliyi hazırda Suriya xalq qüvvələrinin Afrinə daxil olmağa hazırlaşdıqları barədə xəbər yayıb.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində məhv edilən terrorçuların sayı 1641-ə çatıb.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.



Oxşar Xəbərlər

Xəbər lenti