Moskvada banka hücum-VIDEO

 

Rusiyanın paytaxtı Moskva şəhərində naməlum şəxs "Alfa- bank”ın filialında 6 nəfəri girov götürüb.

Rusiya  KİV-i bildirir ki, banka gələn cinayətkar oradakı insanları partlayış törədəcəyi ilə hədələməyə başlayıb.

O, şöbənin qapılarını bağlamağı tələb edib və zorla bir neçə əməkdaşı saxlayıb. Silahlı şəxs bank rəhbərliyindən külli miqdarda pul tələb edib.

İlkin məlumata görə, banka basqın edən şəxs kuryer işləyir, yemək sifarişlərinin çatdırılması ilə məşğuldur və sərxoşdur.

Rusiya təhlükəsizlik qüvvələri artıq həmin silahlı şəxsi həbs edib.

Sosial şəbəkələrin Rusiya seqmentində bu cinayəti törədən şəxsin fotosu yayılıb.

Bankda olan girovlardan biri isə baş verən hadisəni telefonunda canlı yayımlayıb.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}