31 yaşlı kişi və 24 yaşlı qadın özünü asıb

Bakıda intihar hadisəsi qeydə alınıb.
Sozcu.info "qafqazinfo"ya istinadla xəbər verir ki, avqustun 3-də 1990-cı ilə təvəllüdlü Elşən Əhmədov intihar edib. Hadisə Nəsimi rayonu Moskva prospektində baş verib. E.Əhmədov yaşadığı mənzilin sanitar qovşağında özünü asıb. 
Digər intihar hadisəsi isə Şahbuz rayonunda qeydə alınıb. 1997-ci il təvəllüdlü Yasəmən Alməmmədova Keçili kəndində yaşadığı evin həyətində özünü asıb.


Oxşar Xəbərlər

Xəbər lenti