Qubada yol qəzasında 5 nəfər ölüb

Qubada ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 qadın və 2 kişi olmaqla 5 nəfər ölüb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə hadisə rayonun Alekseyevka kəndində qeydə alınıb.
Belə ki, 10 TS 922 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı qovaq ağacına çırpılıb.
Ölənlərin şəxsiyyətləri müəyyənləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Quba rayonu, Alekseyevka kəndində “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb.
Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə 2 nəfərin meyitini (şəxsiyyətləri dəqiqləşdirilir) deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}