Məktəbdə halı pisləşən 8-ci sinif şagirdi ölüb

Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.
Sozcu.info-yaşimal bürosunun verdiyi məlumata görə, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. 
Xaçmaz Təhsil Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}