Ukraynada Rusiyanın daha bir qırıcısı vurulub - YENİLƏNİB

Ukrayna Hava Hücumundan Müdafiə Birləşmiş Qüvvələri ölkənin Donetsk vilayətinin cənub-qərbində yerləşən Volnovaxa şəhərində Rusiyanın “Su-34” bombardmançı təyyarəsini vurublar. 
Sozcu.info xəbər verir ki, məlumat Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində yayılıb. 
Bildirilib ki, bu təyyarə şəhər sakinlərini və infrastrukturu bombalayır mış.
***
Ukraynanın Kiyev vilayətinin paytaxtdan 8 km məsafədə yerləşən İrpen şəhərində Rusiya qüvvələrinin Su-30 qırıcısı vurulub.
Sozcu.info xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı feysbukda yazıb.
Qeyd edək ki, ötən gün İrpen şəhəri Rusiya qüvvələrinin şiddətli bombardmanına məruz qalıb. Nəticədə şəhərdə çox sayda dinc sakin həlak olub.


Oxşar Xəbərlər

Xəbər lenti