Rusiya ordusu Xarkovu mühasirəyə almağa çalışır - Kiyevdə partlayışlar olub

Martın 6-da, yerli vaxtla saat 00:00-da (Bakı vaxtı ilə saat 02:00) Ukrayna paytaxtının bir neçə rayonunda partlayış səsləri eşidilib.
Sozcu.info-nun UNİAN-a istinadən xəbərinə görə, bu barədə hazırda Kiyevdə olan şahidlər məlumat veriblər.
Şəhərdə hava həyəcanı xəbərdarlığı elan edilib. Bütün paytaxt sakinləri dərhal sığınacaqları çağırılıb.
Ukrayna ordusunun Baş Qərargahından verilən məlumata görə, Rusiya ordusu aviasiyanın dəstəyi ilə Ukraynaya qarşı hücum əməliyyatını davam etdirir və yüksək dəqiqlikli silahlardan istifadə edir. Rusiya hərbçiləri əsas səylərini Kiyev və Xarkov şəhərlərinin mühasirəyə alınmasına yönəldiblər. Bundan əlavə, Rusiya ordusu Luqansk və Donetsk vilayətlərindəki inzibati sərhədlərə çatmaq və Krımla daha da quru dəhlizi yaratmaq niyyətindədir.


Oxşar Xəbərlər

Xəbər lenti