Rusiya İzyum şəhərini bombalayıb - Uşaqlar da daxil olmaqla bir neçə nəfər ölüb

Rusiya hərbçiləri Ukraynanın Xarkov əyalətinin İzyum şəhərini bombalayıb.
Sozcu.info-nun UNİAN-a istinadən məlumatına görə, bu barədə şəhərin meri Volodimir Matsokin bildirib. O, Rusiya hərbçilərinin şəhərə növbəti hücumu barədə məlumat verib. Volodimir Matsokinin sözlərinə görə, atəş nəticəsində ölənlər var.
Mer bildirib ki, hücum yerli vaxtla saat 23:59 radələrində başlanıb, hündürmərtəbəli binaya və fərdi yaşayış evinə zərbə endirilib. Fərdi evdə azı 8 mülki şəxs həlak olub. Onlardan ikisi uşaqlardır.


Oxşar Xəbərlər

Xəbər lenti