Azərbaycanda daha bir şagird qəflətən vəfat etdi

Bakıda şagird dünyasını dəyişib.
Sozcu.info Lent.az-a istinadla xəbər verir ki, Bakı şəhəri Sabunçu rayonunda yerləşən 67 saylı orta məktəbin şagirdi vəfat edib.
8-ci sinif şagirdi Ramal Zaur oğlu Osmanovun qəfil dünyasını dəyişdiyi bildirilir.
Hurriyyet.az xatırladır ki, bir neçə gün öncə Cəlilabad V.Mürsəlov adına Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin VI sinif şagirdi Bağıyev Elçin Faiq oğlu da dərs zamanı anidən dünyasını dəyişmişdi.


Oxşar Xəbərlər

Xəbər lenti