Bu gün, 12:29
Bu gün, 00:52
16-06-2026, 09:32
15-06-2026, 11:07
12-06-2026, 21:58
Neftçalada bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonun Qardaşbəyli kəndi ərazisində qeydə alınıb.
“Mercedes” markalı minik avtomobilinin ağaca çırpılması nəticəsində bir nəfər hadisə yerində ölüb. Avtomobildə olan Salyan şəhər sakini, 1990-cı il təvəllüdlü Abbasov Şəhriyar Cavid oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.