Ədalət Həsənovun kadrı niyə bıçaqlandı?

 

Ədalət Həsənovun kadrı niyə bıçaqlandı?

 

Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” ETT Birliyində "haqq” varmı?

 

Səhiyyə Nazirliyinin "Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin Beyləqan rayon şöbəsinin rəisi Fazil Bayramov dünən günorta saatlarında öz iş otağında bıçaqlanıb. Belə hadisə  "Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” ETT Birliyinin tarixində olmayıb. Hər halda Birliyin baş direktoru, professor Ədalət Həsənov özündən əvvəlki rəhbərlərin dövründə belə hadisələrin olub-olmadığına aydınlıq gətirməlidir. Məhz bundan sonra bir çox suallara aydınlıq gətirmək olar. Hələlik isə qeyd edək ki, 1989-cu il təvəllüdlü Fariz Azadzadənin Fazil Bayramovu bıçaqlaması təsadüfü deyil. Ötən ilin dekabrın 23-də Beyləqan rayonunda baş vermiş dava zamanı Fariz Ağazadə bədən xəsarəti alıb, Beyləqan Rayon Prokurorluğunun qərarı ilə müayinə üçün "MTE və PA” ETT Birliyinin Beyləqan rayon şöbəsinə göndərilib. "Dekabrın 29-da Birliyinin Beyləqan rayon şöbəsinin məhkəmə-tibb eksperti Fazil Bayramov tərəfindən məhkəmə-tibbi müayinə aparılıb. Fariz Azadzadənin boynun və sifətin sol tərəfində almış olduğu xəsarət (kəsilmiş yara) həmin dövr üçün düzgün olaraq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurma kimi; bərk küt əşyanın təsirindən törənən digər xəsarətlər isə sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər kimi qiymətləndirilib”. Lakin Fariz Azadzadə bundan narazı qalıb. Beyləqandakı mənbələrdən "Yeni Sözçü” qəzetinin redaksiyasına daxil olan məlumata görə, Fariz Ağazadə şöbə müdirinə narazılığını çatdırıb. İddialara görə Fazil Bayramov Fariz Ağazadəyə deyib ki, "nə edim, mən də çörək qazanmalıyam, ya yox”. Guya Fazil Bayramov bu hərəkətini eyni zamanda yuxarının "haqqı”nı verə bilmək üçün etdiyini söyləyib. Bütün bunlardan qəzəblənən Fariz Ağazadə Fazil Bayramovu bıçaqlayıb. Hadisə ilə əlaqədar Beyləqan Rayon Prokurorluğunda cinayət işi başlanılıb, F.Azadzadə saxlanılıb və istintaq aparılır. Fazil Bayramovun sağlamlıq durumu qənaətbəxş olmaqla ciddi həkim nəzarətindədir, tibbi müayinələr davam edir. Fariz Ağazadənin yaxınları isə şöbə müdirinin haqqında cinayət işinin qaldırılmasına nail olmaq istəyirlər. Əgər bu baş verərsə, mənbənin sözlərinə görə çox ciddi məsələlər üzə çıxa bilər. Bu zaman məlum olacaq ki, Fazil Bayramov yuxarının "haqqı”nı verə bilmək və "çörək qazanmaq üçün” vətəndaşın aldığı zədələri saxtalaşdırıb, yoxsa vəziyyəti olduğu kimi qeyd edib. Mövzu ilə bağlı Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin baş direktoru, professor Ədalət Həsənovun da fikirlərini öyrənməyə cəhd edirik...

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti