Sumqayıtda 19 yaşlı gənc intihar edib - Yenilənib

 

Sumqayıt şəhərində mənzildə 19 yaşlı gəncin meyiti tapılıb.

Sozcu.info Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1999-cu il təvəllüdlü Sənan Qədimoğlan oğlu Ülvizadənin meyitini aidiyyəti üzrə təhvil veriblər.

***

Sumqayıt şəhərində mənzildə meyiti tapılan 19 yaşlı gəncin intihar etdiyi məlum olub.

"Report"un yerli bürosu xəbər verir ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində yeləşən mənzillərin birində meyti tapılan 1999-cu il təvəllüdlü Ülvizadə Sənan Qədimoğlan oğlu özünü asaraq öldürüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}