Mənzildən qadın meyiti tapıldı

 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

 
Sozcu.info-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıb. 

Orada 1959-cu il təvəllüdlü Həsənova Firuzə Fətqul-Qədirovnanın meyiti aşkarlanıb. Qadının meyiti aidiyyəti üzrə təhvil verilib.



Oxşar Xəbərlər

Xəbər lenti