8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
ABŞ-ın müdafiə naziri, "quduz köpək” ləqəbli general Ceyms Mattis deyi ki, ölkəsinin ötən həftə Suriyaya hava zərbələrindən çoxsaylı Rusiya muzdlu əsgərlərinin həlak olması haqda ona heç nə deyilməyib, amma bu xəbərləri mediada görüb. Virtualaz.org xəbər verir ki, general Mettis bu barədə ötən gün fevralın 13-də Senatın kəşfiyyat komitəsində dinləmələr zamanı deyib.
Pentaqonun daha əvvəl yaydığı informasiyaya görə, ötən həftə Deyr əz-Zora hava zərbələri ABŞ və Suriya müxalifət qüvvələrinin bazasına hücum edən hökumət qüvvələrini hədəfə alıb, 100-dək silahlı öldürülüb.
"Ölənlər arasında rusiyalıların, Rusiya Federasiyası əsgərlərinin, yaxud Rusiya muzdlularının olması barədə məndə informasiya yoxdur. Bu haqda sizə heç nə deyə bilmərəm. Mərkəzi Komandanlıqda, yaxud Pentaqonda bu barədə mənə bir söz deyilməyib”, – Mettis vurğulayıb.
General Mettisin bilgisiz olduğunu deməsinə baxmayaraq, Mərkəzi Kəşfiyyat Agentliyinin direktoru Mayk Pompeo deyib ki, ABŞ kəşfiyyat mənbələrinin hücumda rusiyalı muzdluların iştırakına dair informasiyası ola bilər. "Kəşfiyyat nöqteyi-nəzərindən, bir çox hallarda xarici qüvvələrin döyüşlərdə muzdlulardan istifadə etməsinin şahidi olmuşuq”, – Pompeo Senatın kəşfiyyat komitəsinin iclasında söyləyib.
Daha əvvəl Pentaqon ölən əsgərlərin milliyyətini açıqlamaqdan imtina edib.
ABŞ Mərkəzi Komandanlığının sözçüsü, general leytenant Ceffri Harrigian isə bunları deyib: "Biz vahid düşmənə-İŞİD-ə qarşıyıq. Başqa heç kəslə savaşmaq istəmirik, amma nazir Mettisin keçən həftə dediyi kimi: bizi hədələsəniz, bu sizin ən uzun və ən pis gününüz olacaq”.
Ötən həftə Suriyada ABŞ-ın hava zərbələri nəticəsində böyük sayda Rusiya muzdlularının öldürülməsi barədə media xəbərlərinin yayılmasının ardınca Rusiya prezidenti Vladimir Putinin sözçüsü Kremlin "belə bir informasiyaya malik olmadığını” deyib. Lakin adları çəkilməyən ABŞ rəsmisi və üç rusiyalıya istinad edən "Bloomberg” agentliyi fevralın 13-də bildirib ki, ABŞ qüvvələri Suriyada fevralın 7-də baş vermiş insident zamanı "Rusiyanın çox sayda müqaviləli əsgərini öldürüb”.
"Bloomberg” özünün iki rus mənbəsinə istinadən yazıb ki, Deyr əz-Zor regionunda ABŞ və onun dəstəklədiyi qüvvələrin nəzarətindəki bazaya və neftayırma qurğusuna uğursuz hücum zamanı əksəriyyəti ruslyalılar olmaqla 200-dən çox muzdlu əsgər öldürülüb. "Bloomberg” adı çəkilməyən Rusiya "muzdlu komandirinə” istinadən yazır ki, ölü sayının artacağıgözlənilir, beləki onun komandası altında olmuş onlarca döyüşçü hazırda Moskva və Sankt Peterburqun xəstəxanalarında müalicə olunur.
"Bloomberg” son günlərdə bu insident barədə yazan yeganə media deyil və əgər xəbərlər doğrularsa, bu, ABŞ-ın hava zərbələri nəticəsində Rusiya vətəndaşlarının öldürüldüyü ilk hadisə sayılacaq.
Rusiyanın Müdafiə Nazirliyinin bəyanatında deyilir ki, onun əsgərlərindən heç biri həmin ərazidə olmayıb, orada olan Suriya hökumət hərbçiləri isə öz hərəkətlərini Rusiya hərbçiləri ilə koordinasiya etməyiblər. Lakin bu bəyanatlara baxmayaraq, Rusiyanın muzdlu əsgərlərinin şərqi Ukrayna və Suriyada müqavilə əsasında döyüşdüyünə dair çoxsaylı faktlar mövcuddur. CBS News adı çəkilməyən Pentaqon rəsmisinə istinadən fevralın 8-də bildirib ki, bu insident zamanı Rusiya muzdluları həlak olub.
"Bloomberg”-in istinad etdiyi ABŞ rəsmisi isə sözü gedən insident zamanı 100 nəfərin öldürüldüyünü və 200-300 nəfərin yaralandığını bildirib. Deyr əz-Zorda rusiyalıların ölümlərinə dair xəbərlər Vaşinqtonla Moskva arasındakı münasibətlərin çox gərgin dövrünə təsadüf edir. Bu hadisə həm də martın 18-də keçiriləcək prezident seçkisinin ərəfəsində baş verib.Təhlilçilər belə xəbərlərin Putinin seçki kampaniyası üçün "yaxşı təbliğat” olmadığını bildirirlər.