Dünən, 11:11
Dünən, 01:05
25-11-2025, 15:01
11-11-2025, 20:04
31-10-2025, 14:12
Hurriyyet.org xəbər verir ki, terrorçuların döyüşlərdən əvvəl gizləndikləri, Kəltəpə bölgəsində yerləşən tunel onlardan alınıb.
Türkiyə Silahlı Qüvvələri tərəfindən Afrinin terror təşkilatlarından təmizlənməsi məqsədilə aparılan "Zeytun budağı” əməliyyatı çərçivəsində martın 1-də Raco rayonundakı Kəltəpə yüksəkliyində 8 hərbçinin şəhid olduğu, 13 hərbçinin də yaralandığı atışmanın getdiyi ərazidə terrorçuların gizləndikləri, metrlərlə uzunluqdakı tunelləri almaq üçün jandarma xüsusi təyinatlılarının dəstələri əməliyyat aparıblar. Tuneldə silah-sursat və terrorçular üçün lazım olan digər təchizat ələ keçirilib.
Martın 1-də havanın dumanlı olmasından istifadə edən terrorçular gizləndikləri tunellərdən sızaraq hərbçilərə hücum eləmişdilər. Şiddətli döyüşün gedişində 100-dən artıq terrorçu zərərsizləşdirilmiş, 8 türk əskəri isə şəhid olmuşdu. 13 hərbçi isə yaralanmışdı. Terrorçuların zərərsizləşdirilməsindən sonra Kəltəpə bölgəsində həmin tunellərdə də əməliyyat keçirilib. Tunelə daxil olan xüsusi təyinatlılar burada silah-sursat, əldəqayırma partlayıcılar və yaşayış üçün lazım olan təchizat ələ keçiriblər. Tuneldə terrorçuların rəhbərləri üçün xüsusi şəraitli, içərisində soba, televizor olan otaqların olduğu da aşkar edilib.
Hurriyyet.org