8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
APA-nın məlumatına görə, layihə barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Layihəyə əsasən Naxçıvan Muxtar Respublikasında keçirilən son referundumun nəticələri səsə qoyularaq ikinci səsvermə ilə təsdiqlənib.
* * *10:29
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
Trend-in məlumatına görə, iclasda ilk öncə "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Konstitusiyasının Qanununa baxılacaq.
Daha sonra İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) illik məruzəsi dinləniləcək və müzakirə ediləcək. Bundan əlavə, "Peşə təhsili haqqında" qanun layihəsi üçüncü oxunuşda, o cümlədən İnzibati Xətalar Məcəlləsinə, Cinayət Məcəlləsinə, Vergi Məcəlləsinə, "Dövlət qulluğu haqqında", "Əmək pensiyaları haqqında", "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və digər qanunlara əlavə və dəyişikliklər müzakirəyə çıxarılacaq.
Ümumilikdə iclasın gündəliyinə 20 məsələ daxildir.