8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevin Rusiya vətəndaşı olan Yunis Səfərov tərəfindən güllələnməsi Azərbaycanda əsas müzakirə mövzusudur. Yunis Səfərovu buna vadar edən səbəblərlə bağlı müxtəlif fikirlər səsləndirilir. Millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının hadisə ilə bağlı açıqlaması diqqət çəkir. Öncə qeyd edək ki, deputatın youteb-dəki Ocaq Tv 1-də 04 iyul 2018-ci ildə yayımlanan, "Deputatdan güllələnən icra başçısına ittiham – "Onun yanında mühafizəçinin nə işi var” başlıqlı açıqlamasına bu sətirlər yazılanda 217 minə yaxın baxış olmuşdu. Bu onu göstərir ki, Fəzail Ağamalının açıqlamsı youtebe istifadəçilərinin diqqətini çəkə bilib. Görünür, məhz buna görə deputat Fəzail Ağamlı bəzi həmkarların qəzəbinə tuş gəlib. İlk olaraq Fəzail Ağamalıya cavab 48 saylı Yevlax seçki dairəsinin deputatı İlham Məmmədovdan gəldi. Deputat İlham Məmmədov bəyan etdi ki, Gəncə ölkəmizin ikinci ən böyük şəhəridir. Orada olan dövlət qurumlarının hər biri polis tərəfinfən mühafizə olunur.
Deputat İlham Məmmədovun bu mövqeyi çox anlaşılmazdır. Çünki millət vəkili Fəzail Ağamalı dövlət qurumlarının polis tərəfindən qorunması ilə bağlı deyil, icra başçısının mühafizəçi ilə gəzməsinə münasibət bildirmişdi. Deputat İlham Məmmədov isə görünür bu məsələlərin fərqi ilə bağlı anlayışa malik deyil. Çünki ölkənin paytaxtına 17 ildən çox rəhbərlik edən Hacıbala Abutalıbovu mühafizəçi ilə gəzdiyi görünməmişdi. Halbuki, paytaxt merinin dövlət iryerxariyasındakı yeri Gəncənin icra başçısından dəfələrlə üstündür. Ancaq buna baxmayaraq Hacıbala Abutalıbov paytaxta rəhbərlik etdiyi 17 ildən bir qədər artıq müddətdə mühafizəçi ilə gəzmədi. Bu bir yandan ölkədəki stabilliyin sayəsində mümkün olmuşdusa, digər tərəfdən Hacıbala Abutalıbovun çəkinəcək, qorxacaq bir məsələsi olmadığının nəticəsi idi. Buna görə deputat İlham Məmmədovun həmkarı Fəzail Ağamalıya cavabı əsaslı deyil və tərəfkeşlik kimi qəbul olunur.
Deputat Fəzail Ağamalıya ikinci cavab həmkarı Naqif Həmzəyevdən gəldi. Bu deputat Azərbaycan xalqının son iki yüz ildə yetişdirdiyi ən böyük oğlu, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmmədəmin Rəsulzadə haqqındakı tərbiyyəsiz ifadələri ilə bir zamanlar cəmiyyətin qınağına səbəb olmuşdu. Naqifi "komanda maraqlarına uyğun addım atmaqda” ittiham edən millət vəkili Fəzail Ağamalı həmkarını sosial şəbəkələrdən xəbərsizlikdə də ittiham etmişdi. Görünür, deputat bununla həmkarının diqqətini Elmar Vəliyevin güllələnməsi ilə bağlı sosial şəbəkələri bürümüş sevinc hissinə çəkmək istəyib. Xalqla məmur arasında baryer olmamasını qeyd edən depuat bu subyektlər arasında münasibətlərin yüksək səviyyəli sağlam münasibətlər əsasında qurulmasının vacibliyini də qeyd edib.
Deputat sonda üzünü Elmar Vəliyevə yaxın olan dairələrə tutaraq bu məsələni gündəmdə saxlamaqda ittiham edib və bu prosesi dayandırılmasının vacibliyi ilə bağlı xəbərdarlıq edib. Fəzail Ağamalının "İndi bu uşaq mənə iradlar tutur” başlıqlı müsahibəsinə aparıcı media orqanlrının veb səhifələrində tanış ola bilərsiniz. Fəzail Ağamlı bu müsahibəsində ona irad tutanlara kifayət qədər sərt cavablar verib.
Deputat Fəzail Ağamalının mövqeyi həqiqəti əks etdirsə də, bu mövqeyi Ağamlı ilə Vəliyevlər arasında soyuq münasibətlərlə izah edənlər də var. Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, 2000-ci ildə Fəzail Ağamlı Yevlaxdan ikinci çağırış Milli Məclisə deputatlığa namizəd olanda Şahmar Vəliyevin də namizədliyi irəli sürülmüşdü. O zaman Şahmar Vəliyevin deputatlığa namizədliyi Dairə Seçki Komissiaysı tərəfindən qeydə alınasa da, sonda Mərkəzi Seçki Komissiaysı tərəfindən ləğv edilmişdi. Qeyd edək ki, Elmar Vəliyev o zaman icra başçısı deyildi və gömrük orqanlarında işləyirdi. Şahmar Vəliyevin namizədliyinin qeydiyyatının ləğvi isə Fəzail Ağamlının deputat seçilməsinə yaşıl işıq yandırılması kimi qəbul edilmişdi.
Ancaq bu Vəliyevlərlə Fəzail Ağamlının yollarının kəsişdiyi ilk və son deyildi. Məlumatlı mənbə bildirir ki, Vəliyevlə Fəzail Ağamalının yolları Elmar Vəliyev Yevlax Gömrükxanasının rəisi olarkən kəsişmişdi. Qeyd edək ki, indiki gömrük idarələri o zaman gömrükxana adlandırdı. Elmar Vəliyev isə 1994-cü ildən 2001-ci ilə kimi Yevlax Gömrükxanasının rəisi olub. Məhz o zaman Vəliyevlərlə Ağamlı arasında maraqlar toqquşmuşdu. Bununla bağlı redaksiyamıza daxil olan məlumatları dəqiqləşdirməyə çalışırıq. Həmin məlumatlar dəqiqləşdikdən sonra oxucularımızla tanış edəcəyik. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Arzuman Nəbiyev,
"Yeni Sözçü"qəzeti