8-11-2024, 10:40
5-11-2024, 21:00
30-10-2024, 18:46
25-10-2024, 19:08
24-10-2024, 21:29
Deputat Fəzail Ağamalıya ikinci cavab həmkarı Naqif Həmzəyev gəldi. Bu deputat Azərbaycan xalqının son iki yüz ildə yetişdirdiyi ən böyük oğlu, Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmmədəmin Rəsulzadə haqqındakı tərbiyyəsiz ifadələri ilə bir zamanlar cəmiyyətin qınağına səbəb olmuşdu. Naqifi "komanda maraqlarına uyğun addım atmaqda” ittiham edən millət vəkili Fəzail Ağamalı həmkarını sosial şəbəkələrdən xəbərsizlikdə də ittiham etmişdi. Görünür, deputat bununla həmkarının diqqətini Elmar Vəliyevin güllələnməsi ilə bağlı sosial şəbəkələri bürümüş sevinc hissinə çəkmək istəyib. Xalqla məmur arasında baryer olmamasını qeyd edən depuat bu subyektlər arasında münasibətlərin yüksək səviyyəli sağlam münasibətlər əsasında qurulmasının vacibliyini də qeyd edib.
Deputat sonda üzünü Elmar Vəliyevə yaxın olan dairələrə tutaraq bu məsələni gündəmdə saxlamaqda ittiham edib və bu prosesi dayandırılmasının vacibliyi ilə bağlı xəbərdarlıq edib. Fəzail Ağamalının "İndi bu uşaq mənə iradlar tutur” başlıqlı müsahibəsinə aparıcı media orqanlrının veb səhifələrində tanış ola bilərsiniz. Fəzail Ağamlı bu müsahibəsində ona irad tutanlara kifayət qədər sərt cavablar verib.
Deputat Fəzail Ağamalının mövqeyi həqiqəti əks etdirsə də, bu mövqeyi Ağamlı ilə Vəliyevlər arasında soyuq münasibətlərlə izah edənlər də var. Adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə, 2000-ci ildə Fəzail Ağamlı Yevlaxdan ikinci çağırış Milli Məclisə deputatlığa namizəd olanda Şahmar Vəliyevin də namizədliyi irəli sürülmüşdü. O zaman Şahmar Vəliyevin deputatlığa namizədliyi Dairə Seçki Komissiaysı tərəfindən qeydə alınasa da, sonda Mərkəzi Seçki Komissiaysı tərəfindən ləğv edilmişdi. Qeyd edək ki, Elmar Vəliyev o zaman icra başçısı deyildi və gömrük orqanlarında işləyirdi. Şahmar Vəliyevin namizədliyinin qeydiyyatının ləğvi isə Fəzail Ağamlının deputat seçilməsinə yaşıl işıq yandırılması kimi qəbul edilmişdi.
Ancaq bu Vəliyevlərlə Fəzail Ağamlının yollarının kəsişdiyi ilk və son deyildi. Məlumatlı mənbə bildirir ki, Vəliyevlə Fəzail Ağamalının yolları Elmar Vəliyev Yevlax Gömrükxanasının rəisi olarkən kəsişmişdi. Qeyd edək ki, indiki gömrük idarələri o zaman gömrükxana adlandırdı. Elmar Vəliyev isə 1994-cü ildən 2001-ci ilə kimi Yevlax Gömrükxanasının rəisi olub. Məhz o zaman Vəliyevlərlə Ağamlı arasında maraqlar toqquşmuşdu. Bununla bağlı redaksiyamıza daxil olan məlumatları dəqiqləşdirməyə çalışırıq. Həmin məlumatlar dəqiqləşdikdən sonra oxucularımızla tanış edəcəyik. Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
Azad Aydın,
"Yeni Sözçü” qəzeti