Kişi arvadının bir sevgilisini bıçaqladı, digərinin boğazını kəsdi - BAKIDA DƏHŞƏTLİ QƏTL

Kişi arvadının bir sevgilisini bıçaqladı, digərinin boğazını kəsdi

 

Dünən Bakının Suraxanı rayonunda dəhşətli cinayət hadisəsi baş verib.

Sozcu.info  xəbər verir ki, səhər saat 11 radələrində Bülbülə qəsəbəsi 3-cü mədən küçəsi, ev 42-də 1968-ci il təvəllüdlü Aqşin Quliyev tanışı, 1972-ci il təvəllüdlü İlham Həşimova çoxsaylı bıçaq xəsarətləri yetirib.

Qeyd edək ki, meyitin müayinəsi zamanı onun sinə və qarın nayihələrində yaralar aşkarlanıb. Bundan başqa, qatil qurbanının boğazını kəsib.

Hadisədən sonra A.Quliyev cinayət yerindən qaçıb və qətli törətdiyi bıçağı götürərək, Binəqədi rayonuna başqa kişini qətlə yetirmək üçün gedib. Bütün bu təfərrüat A.Quliyevin saxlanılmasından sonra məlum olub.

Məlumdur ki, saxlanılan şəxs 15 gün dənizdə işləyib və 15 gün evdə olurmuş. O, uzun müddətdir həyat yoldaşı ilə əlaqələrdə şübhəli bildiyi İ.Həşimovu evinə dəvət edib. A.Quliyev saxlanılandan sonra dindirilmə zamanı bu məlumatı verib.

Qətldən sonra A.Quliyev həyat yoldaşının digər sevgilisini öldürməyə gedib. Həmin gün 13:10 radələrində A.Quliyev Binəqədi rayonu Qəmbərov küçəsinə gəlib. O, 1958-ci il təvəllüdlü Fizuli Şirinovun evinə daxil olaraq, ona hücum edib və bıçaqlayıb.

Hadisə nəticəsində F.Şirinov sinəsindən bıçaqlanıb. Bundan başqa, A.Quliyev F.Şirinovun oğlu, 1999-cu il təvəllüdlü Elçin Şirinovu da yaralayıb. Hər iki yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. F.Şirinovun vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı cinayət işi başlanılıb. İş materialları araşdırılmaq üçün Bakı şəhər Prokurorluğuna təhvil verilib.



Oxşar Xəbərlər

Xəbər lenti